Məhkəmə qərarları › İş №3(045)-805/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-805/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-805/2023 25.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1970-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kəlbəcər rayonunun Keştək kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 sentyabr 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə saat 14:12 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində Şəxs ictimai yerdə ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:12 radələrində Goranboy RPŞ-nin polis əməkdaşı X4 şəhəri Heydər Əliyev prospektində yerləşən “Dönər Kafesi”ndə nahar edən zaman kafenin önündə 2 nəfər şəxsin mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmiş və mübahisə etməmələrini bildirərək həmin yerdən uzaqlaşmalarını xahiş etmişdir. Lakin, adı sonradan məlum olan Şəxs ona uca səslə 2 saylı tam orta məktəbi nəzərdə tutaraq “Bura mənim İdarəmin qarşısıdır. Sən kimsən ki, mənə uzaqlaşmalı olduğumu bildirirsən, get işinlə məşğul ol yoxsa səni rəisə şikayət edərəm” demişdir. Goranboy RPŞ-nin polis əməkdaşı Pərvin İsmayılov dəfələrlə Şəxs nizam-intizama dəvət etməyinə baxmayaraq sonuncu, ona səsini ucaldaraq öz qanunsuz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra Pərvin İsmayılov həmin şəxsi Goranboy RPŞ-yə dəvət etdikdən sonra Şəxs onun qanuni tələbinə təkrar tabe olmayaraq qaçıb getmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16:25 radələrində Şəxs izahatının alınması məqsədi ilə Goranboy RPŞ-yə gətirilmişdir. Goranboy RPŞ-nin mühafizə postunda PPXB-nin polis nəfəri Fərid İnqlablı, Samir Məmmədov və Emil Bayramov xidmətdə olan zaman Goranboy RPŞ-nin inzibati binanın qarşısında Şəxs küçədə ucadan qışqırmağını eşitmişlər və ona yaxınlaşaraq özlərini təqdim edərək sonuncunu nizamintizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt İTB-nin polis sahə nəfəri Emil Bayramov həmin şəxsə yaxınlaşaraq onu sakitləşdirməyə çalışsa da vətəndaş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs 22 sentyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş və 23 sentyabr 2023-cü il tarixdə sərbəst buraxılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Kəlbəcər şəhər 2 saylı tam orta məktəbində direktor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Goranboy şəhəri, H.Əliyev prosepktində yerləşən 2 saylı tam orta məktəbin qarşısında onun yanına işlə təmin olunmaq məqsədilə gəlmiş vətəndaşla uca səslə söhbət edərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ictimai yerdə uca səslə danışmamağını bildirmişdir. Həmin vaxt o, söhbət etdiyi şəxsə əsəbiləşmiş və əsəbi olduğu üçün polis əməkdaşına “get öz işinlə məşğul ol” sözlərini demişdir. Bundan sonra polis əməkdaşı onu izahatının alınması üçün rayon şöbəsinə dəvət etmiş, lakin o, heç bir yerə getməyəcəyini bildirmişdir. Daha sonra polis əməkdaşı ilə birlikdə Goranboy RPŞ-nin inzibati binasına yaxınlaşmış və orada səs-küy salmağa başlamışdır. Həmin vaxt xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu nizamintizama dəvət etmişlər. Lakin, o, polis əməkdaşlarına kobud cavab verərək öz hərəkətlərini davam etdirmişdir. Əməlindan peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Goranboy şəhər 2 saylı tam orta məktəbin qarşısında onun yanına gəlmiş vətəndaşa işə qəbul olma qaydalarını uca səslə izah etmişdir. O, Goranboy RPŞ-nin polis əməkdaşları tətəfindən inzibati qaydada tutulmuş və 5-6 saat sonra ondan iltizam alınaraq sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin kadrlar qrupu fiziki və döyüş hazırlığı üzrə kiçik ispektor təlimatçısı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:12 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən “Dönər Kafesi”ndə nahar edən zaman kafenin önündə 2 nəfər şəxsin mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmiş və mübahisə etməmələrini bildirərək həmin yerdən uzaqlaşmalarını xahiş etmişdir. Lakin, adı sonradan məlum olan Şəxs ona uca səslə 2 saylı tam orta məktəbi nəzərdə tutaraq “Bura mənim İdarəmin qarşısıdır. Sən kimsən ki, mənə uzaqlaşmalı olduğumu bildirirsən, get işinlə məşğul ol, yoxsa səni rəisə şikayət edərəm” deyərək onu hədələməyə başlamışdır. O, dəfələrlə sonuncunu nizam-intizama dəvət etsə də Şəxs ona səsini ucaldaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra o, həmin şəxsi Goranboy RPŞ-yə dəvət etdikdən sonra Şəxs onun qanuni tələbinə təkrar tabe olmayaraq qaçıb getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin kadrlar qrupu fiziki və döyüş hazırlığı üzrə kiçik ispektor təlimatçısı X3 tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:12 radələrində o, Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən “Dönər Kafesi”ndə nahar edən zaman kafenin önündə 2 nəfər şəxsin mübahisə etdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşaraq özünü təqdim etmiş və mübahisə etməmələrini bildirərək həmin yerdən uzaqlaşmalarını xahiş etmişdir. Lakin, adı sonradan məlum olan Şəxs ona uca səslə 2 saylı tam orta məktəbi nəzərdə tutaraq “Bura mənim İdarəmin qarşısıdır. Sən kimsən ki, mənə uzaqlaşmalı olduğumu bildirirsən, get işinlə məşğul ol, yoxsa səni rəisə şikayət edərəm” deyərək onu hədələməyə başlamışdır. O, dəfələrlə Şəxs nizam-intizama dəvət etməyinə baxmayaraq sonuncu ona səsini ucaldaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs Goranboy RPŞ-yə dəvət etdikdən sonra sonuncu onun qanuni tələbinə təkrar tabe olmayaraq qaçıb getmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; Goranboy RPŞ-nin İTB-non polis sahə nəfəri Emil Bayramov, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Samir Məmmədov və Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Fərid İnqlablı tərəfindən rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:25 radələrində Şəxs izahatının alınması məqsədi ilə Goranboy RPŞ-yə gətirilmişdir. Goranboy RPŞ-nin mühafizə postunda PPXB-nin polis nəfəri Fərid İnqlablı, Samir Məmmədov və Emil Bayramov xidmətdə olan zaman Goranboy RPŞ-nin inzibati binanın qarşısında Şəxs küçədə ucadan qışqırşağını eşitmişlər və ona yaxınlaşaraq özlərini təqdim edərək sonuncunu nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Həmin vaxt İTB-nin sahənin polis nəfəri Emil Bayramov həmin şəxsə yaxınlaşaraq onu sakitləşdirməyə çalışsa da vətəndaş polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. RPŞ-də məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:57-də inzibati qaydada tutulmuş və 23 sentyabr 2023-cü il tarixdə saat 12:30-da azad edlmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar