Məhkəmə qərarları › İş №3(045)-807/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-807/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-807/2024 24.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Goranboy rayonunun Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Sarov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 24 avqust 2024-cü il tarixli qərarından və 29 avqust 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsində sürücü Şəxs idarə etdiyi “Vaz 21124” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8ci maddələrinin tələbini pozmaqla Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet” markalı **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz 21124” minik markalı avtomobilin sürücüsü Şəxs və “Chevrolet” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Sarov kənd tam orta məktəbində texniki işçi, gözətçi işləyir. İdarə etdiyi Vaz 21124 minik markalı, **- BM-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə onun adınadır. Onun avtomobil idarə etmək üçün B,C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində idarə etdiyi Vaz 21124 minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobil ilə Goranboy rayon Dəliməmmədli şəhərində “Oba” adlanan mağazaya yola düşmüş, həmin vaxt avtomobilində ondan başqa heç kim olmamış və avtomobili o, idarə etmişdir. O, idarə etdiyi avtomobil ilə Goranboy rayon Dəliməmmədli şəhərində mağazaya gedən zaman əksistiqamətli yolda hərəkətdə olan adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet cruze” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qəfildən onun hərəkətdə olduğu yola çıxmış, o da hadisənin qarşısını almaq üçün və toqquşmamaq məqsədilə avtomobilini sola çəkmiş, həmin vaxt “Chevrolet cruze” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yenidən sağa çəkərək onun üzərinə gəlmiş, həmin vaxt o, əyləci sıxaraq sağa çəkən zaman Zərərçəkmiş şəxs yenidən avtomobilini sola çəkmiş və nəticədə avtomobilinin qabaq tərəfi, “Chevrolet cruze” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq tərəfindən dəymişdir. Həmçinin o, təhlükəni təxminən 3-4 metr məsafədən gördüyü üçün hadisənin baş verməsinin qarşısını ala bilməmişdir. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun idarə etdiyi “Chevrolet cruze” minik markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi ilə X1 adınadır, o, avtomobili sürmə etibarnaməsi ilə idarə edir. Onun avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21:30 radələrində idarə etdiyi Chevrolet cruze minik markalı, **-VC- *** dövlət nömrə nişanlı avtomobili ilə Goranboy rayon Dəliməmmədli şəhərində marketdən çıxıb yaşadığı evə yola düşmüş, həmin zaman avtomobildə ondan başqa qonşusu X3 olmuş və avtomobildə sağ qabaq oturacaqda əyləşmişdir. Avtomobili o, idarə etmişdir. O, idarə etdiyi “Chevrolet cruze” minik markalı, **-VC-*** nömrə nişanlı avtomobili ilə Goranboy rayon Dəliməmmədli şəhərində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman qəfildən əksistiqamətli yolla hərəkətdə olan adını sonradan bildiyi Şəxs idarə etdiyi VAZ 21124 minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun hərəkətdə olduğu, yəni əksistiqamətli yola çıxmış və avtomobilinin qarşı tərəfi ilə onun idarə etdiyi avtomobilin sol qabaq yan tərəfindən vurmuş və avtomobili hadisə yerində dayanmışdır. Hadisə zamanı o, sol qaş və sağ ayaq nahiyəsindən xəsarət almışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 24 avqust 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış HK-1-1853 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Goranboy RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs adına, istehsal tarixi 2006cı il olan, “Vaz 21124” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs oğluna AE113159 nömrəli, B,C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək verilmişdir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 24 avqust 2024-cü il tarixli qərarının təsviri əsaslandırıcı hissəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Dəliməmmədli şəhərində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Goranboy RPŞ-nin Təhqiqat bölməsində toplanmış HK-1/1853 nömrəli material üzrə Goranboy rayon prokuroru Kamran Məmmədovun 20 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Şəxs tərəfindən Goranboy RPŞ-nin Təhqiqat bölməsində qəbul edilmiş qərardan vermiş olduğu şikayətə baxılmış və sözügedən qərarən qanuni və əsaslı olduğu qənaitinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halların olmasını müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olmasını müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə, üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrin idarə etmək hüququnun məhdudlaşdırılması cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar