Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-81/2024 05.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş 14000-00098/24 nömrəli, 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) tərəindən xx.xx.2022-ci il tarixli **********9797 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 2005-ci il, “Man Tga 33.360” markalı nəqliyyat vasitəsi Türkiyədən ölkə ərazisinə gətirilərək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi vasitəsi üçün nəzərdə tutulmış müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən nəqliyyat vasitəsi gömrük ərazisindən kənara aparılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. Belə ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/012/000085 nömrəli, 11 yanvar 2024-cü il tarixli raportun icrası ilə əlaqədər bildiririk ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən” **********9797 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən üç aydan bir ilədək müddətə gecikdirilməklə müddətin uzadıllması üçün müraciət edilmişdir. Nəticədə «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********9797 sorğu nömrəli gömrük bəyannamələrilə “MAN TGA” markalı nəqliyyat vasitələri 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq, “X1 Sanayi və Ticaret” şirkəti tərəfindən müddətin uzadılması ilə bağlı heç bir müraciət olunmayıb; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Sistemindən çıxarışdan görünür ki, **********9797 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqti idxal gömrük prosedurunda yerləşdirilən buraxılış ili 2005-ci il, “Man Tga 33.360” markalı nəqliyyat vasitəsinin müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir; xx.xx.2022-ci il tarixli, **********9797 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, nəqliyyat vasitəsinin ümumi dəyəri 70000 (yetmiş min) manat təşkil edir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış “Gömrük prosedurunun müddətinin uzadılmasına” dair xx.xx.2023cü il tarixli müraciətdən görünür ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********9797 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş buraxılış ili 2005-ci il, “Man Tga 33.360” markalı nəqliyyat vasitəsinin müvəqqəti idxal müddətinin 31 avqust 2024-cü ilədək uzadılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********9797 nömrəli tarixli gömrük bəyannaməsində qeyd edilən malın müvəqqəti ixrac müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 3 (üç) ay 07 (yeddi) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bununla da «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 499.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1 və 499.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X1 Sanayi və Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan nəqliyyat vasitəsinin 70000 (yetmiş min) manat dəyərinin 20 (iyirmi) faizi məbləğində, yəni 14000 (on dörd min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-81/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-81/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver