Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-810/2025 13.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X4, müdafiəçi Goranboy Rayon Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan və Goranboy rayonu Səmədabad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 iyun 2025-ci il tarixdə daxil olmuş “Sübutların qiymətləndirilməsi barədə” Goranboy RPŞ-nin İB-nin müstəntiqi Vüqar Hüseynovun 20 may 2025-ci il tarixli qərarına əsasən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs Goranboy rayonu Səmədabad kəndində evdə döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Sənayi küçəsində yaşayan X1 ərizəsi əsasında toplanmış HK-1-243 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Goranboy rayonu Nərimanlı kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Hazırda onun tərəfindən X6 barəsində 03 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Nəgriz Kakari onun həyat yoldaşıdır. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında işləmək üçün Bərdə rayonuna getmiş və həyat yoldaşı Nərgizi atası evinə aparmışdır. Həmin gün yəni, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində ailəsini götürüb yaşadıqları evə getmişdir. Həmin vaxt Nərgizlə aralarında mübahisə yaranmış və Nərgiz ona ağır cavab vermişdir. Ona görə də, o, əsəbləşib şillə ilə Nərgizin bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Əlavə olaraq bildirir ki, o bıçaqla Nərgizə heç bir xəsarət yetirməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 çıxış edərək Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Onlar xx.xx.2018-ci il tarixdən rəsmi olaraq ailə qurmuşlar. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Şirağa işləmək üçün Bərdə rayonuna getmiş və onu da uşaqları ilə birlikdə atası evinə yəni, Goranboy rayonu Safikürd kəndinə aparmışdır. Həmin gün axşam saatlarında Şirağa işdən gəlmiş və onları götürüb yaşadıqları evə getmişlər. Evlərinə gedərkən Şirağa ona valideyinlərinin ona “sən kişi deyilsən niyə arvadını aparıb atası evinə qoyursan” dediklərini bildirmişdir. O da, Şirağaya “atam evinə gedəndə nolar ki,” demişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Şirağa ona “mən indi kişi deyiləm” demiş, o da, Şirağaya “həmin sözü mən yox, sənin valideyinlərin sənə deyiblər” demişdir. Bunun üstündə Şirağa onunla dalaşmış və yumuruqla başına bir zərbə vurmuşdur. Zərbənin təsirindən özünü itirmişdir. Daha sonra Şirağa mətbəxə keçmiş və əlində mətbəx bıçağı ilə yanına gələrək bıçağın ucu ilə başına vurmuş və onun başından qan axmışdır. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Odur ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi barədə” 20 may 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 57 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – təpə nahiyəsinin sıyrığı bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tətəfindən yumruqla təpiklə vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, İXM-in 33-cü maddəsinə əsasən Şəxs inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 iyun 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. X7 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-810/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-810/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver