Məhkəmə qərarları › İş №3(045)-812/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-812/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-812/2025 17.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, X2 xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı mübahisələndirməli olduğu halda, həmin qərarı mübahisələndirməmiş, həmçinin inzibati xəta haqqında protokolu da əldə edərək iş materiallarına əlavə etməmişdir. Qeyd olunanlara əsasən və İXM-in 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar