Məhkəmə qərarları › İş №3(045)-821/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-821/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-821/2024 12.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X27 Məhəmməd oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X11, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X12 iştirakı ilə, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və barəsində həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 20 avqust 2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X20 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 20 avqust 2024-cü il tarixli qərarı ilə, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 3000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X20 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 20 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X20 məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Gəncə - Daşkəsən regional şöbəsinin rəisi X9 xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq etmişdir. Qərara görə o həmin inzibati məsuliyyətə ona görə cəlb edilmişdir ki, X1 Əsmər Babaxan qızını əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmiş, Goranboy rayonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbini pozmuş, bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərar ona xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. O, vəzifəli şəxsin qərarı ilə razı deyildir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Gəncə - Daşkəsən regional şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərarından Məhkəməyə şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş edir. O, araşdırma zamanı izahatında göstərmişdir ki, ona məxsus VÖEN-lə işlədiyi Goranboy şəhərində yerləşən "X34" klinikasında 2020-ci ildən 2024-cü ilin mart ayınədək həmkarı Vüsal Rəsulovla birlikdə klinikada stomatoloji fəaliyyətlə məşğul olmuşlar. Bu fəaliyyətlə məşğul olmaq üçün 2023-cü ilin may ayında sertifikasiyadan keçilmişdir. O, Əsmər Adıgözəlovanın 2023-cü ilin sentyabr ayından 2024cü ilin mart ayınadək həmin klinikada xadimə işlədiyini, lakin onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin vəzifəli şəxsin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, ona görə də vəzifəli şəxs səhv nəticəyə gəlmişdir. Belə ki, o, ********** №-li VÖEN əsasında fiziki şəxs olaraq Goranboy şəhərində yerləşən "X34" klinikasında ayrıca bir kabinetdə fəaliyyət göstərmişdir. Göstərilən VÖEN əsasında onun bir işçisi - tibb bacısı olmuş, o, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi əsasında işə qəbul edilmiş, onun kabinetində bütün işləri görmüşdür. Onun kabinetində əlavə işçiyə ehtiyac olmamışdır. O Goranboy rayon Mərkəzi Xəstəxanasında işləmiş, iş gününün yarısını klinikada olmamışdır. X7 başqa kabinetdə X25 tərəfindən işə götürülmüş, başqa kabinetdə çalışmış və onlar birlikdə işləmişlər. Onların fəaliyyəti dövründə Əsmər Adıgözəlovaya əmək haqqı günəmuzd şəkildə Vüsal Rəsulov tərəfindən verilmişdir. Başqa kabinetdə çalışan, işləyən X4 ona, onun kabinetinə heç bir aidiyyəti olmamışdır. Məhkəmə tərəfindən X25 və X7 məhkəmədə dindirilsələr əsl həqiqət aşkar olar. Bundan başqa, fiziki şəxs VÖEN-i ilə klinika işlətmək mümkün deyildir, klinika işlətmək üçün hüquqi şəxs VÖEN-i olmalıdır, o fiziki şəxs VÖEN-i ilə stomatoloji bir kabinetdə işləmişdir. Verilmiş suala cavab olaraq göstərdi ki, onun yanında tibb bacısı kimi fəaliyyət göstərən Elnurə Haqverdiyeva olmuşdur və sonuncu ilə də əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X11 vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, işsiz olduğu üçün həmkəndlisi diş həkimi X13 işləmək üçün ona iş verməsini xahiş etmişdir. Vüsal Rəsulov diş həkimi kimi fəaliyyət göstərdiyi, Goranboy şəhərində yerləşən "X34" klinikasında sonuncunun otağını təmizləməyə xadimə lazım olduğunu bildirmiş və o orada, yəni Vüsal həkimin yanında 2023-cü ilin sentyabr ayından xadimə kimi iş fəaliyyətinə başlamışdır. Göstərdiyi xidmətlərə görə Vüsal Rəsulov ona hər işlədiyi gün 10-12 manat pul vermişdir. Lakin onunla əmək müqaviləsi bağlanmamışdır. O, Elvin İbrahimovu "X34" klinikasında işləyən həkim kimi tanımışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, o, yalnız Vüsal həkimin kabinetini təmizləmiş və onun gündəlik pulunu da Vüsal həkim ödəmişdir. Vüsal həkim həm onun uzaq qohumudur, həm də həmkəndlisidir. O, Fərid həkimin iş otağını işlədiyi dövr ərzində ümumiyyətlə təmizləməmiş və sonuncuya başqa iş fəaliyyətilə də xidmət göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X11 vəsatəti əsasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, Goranboy Rayon Mərkəzi Xəstəxanasında diş həkimi kimi fəaliyyət göstərir. O həmçinin Goranboy şəhərində yerləşən "X34" klinikasında da günün müəyyən saatlarında işləmişdir. X7 onun kabinetində xadimə kimi çalışmışdır. Belə ki, X7 onun həmkəndlisidir. Əsmər Adıgözəlova ona iş axtardığını və işçi kimi onu işə düzəltməyi xahiş etmişdir. O, "X34" klinikasında yerləşən onun işlədiyi kabinetində xadimə lazım olduğunu və xadimə kimi işləyə biləcəyini bildirmişdir. Əsmər Adıgözəlova onunla razılaşmış və 2023-cü ilin sentyabr ayından işə başlamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, Əsmər Adıgözəlovanın gündəlik pulu 10-12 manat olmaqla onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X21 izahatında bildirdi ki, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində məsləhətçi-əmək müfəttişi kimi çalışır. Goranboy rayon prokurorluğunun 02 avqust 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin X5 daxil olduqdan sonra onlar tərəflərə bildiriş göndərmişlər. Tərəflərin izahatı aınmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X9 MN ******* saylı, 20 avqust 2024-cü il tarixli qərarına əsasən X20 barəsində 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X4 izahatı alınarkən klinikanın rəhbəri Elvin İbrahimovun olduğunu göstərdiyi üçün sonuncu barəsində qərar qəbul edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, X26 İbrahimovun klinika rəhbəri olmaması ilə bağlı vermiş olduğu əlavə inzibati tənbeh vermə barədə qərar qəbul edildikdən sonra verilmişdir. Məhkəmə şikayətçinin və inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatını və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Goranboy rayon prokuroru X10 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 02 avqust 2024-cü il tarixli qərarından görünür ki, X20 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün X23 Xidmətinin X5 göndərilməsi qərara alınmışdır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində alınmış X4 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, “X34” klinikasında 2023-cü ilin sentyabr ayından, 23 mart 2024cü il tarixədək xadimə işləmişdir. “X34” klinikasında o isə X17 məxsus diş kabinetində xadimə vəzifəsini yerinə yetirmişdir. Vüsal Rəsulov həmin klinikada diş həkimi kimi fəaliyyət göstərmiş, iş saatı şənbə və bazar günlər xaric hər gün səhər saat 9:00-dan 16:00-a və yaxud 17:00-a qədər olumuşdur. Əmək haqqını isə gündəlik 10-12 manat məbləği civarında ona ödənilmişdir. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində alınmış X4 xx.xx.2024-cü il tarixli izahatına əlavədən görünür ki, “X34” klinikasının sahibi Elvin İbrahimov deyil və onu işə cəlb edən şəxs Vüsal Rəsulov olmuşdur. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X18 tərəfindən tərtib olunmuş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X20 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4.9-cu maddəsinin tələbi pozularaq X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsi cəlb edilmişdir. Elektron məhkəmə infirmasiya sistemindən çıxarışdan müəyyən olunur ki, X3 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində çalışır və 478 manat əmək haqqı alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qeyd olunan hüquq normasını hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, toplanmış sübutlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X18 tərəfindən tərtib olunmuş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarda X20 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə X4 işə cəlb edildiyi qeyd edilmişdir. Goranboy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmişdir. X7 həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində, həm də məhkəmə iclasında onu işə cəlb edən şəxsin həkim X15 olduğunu və sonuncu tərəfədən gündəlik haqqını aldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ümumiyyətlə X20 ilə X7 arasında əmək münasibətlərinə daxil olma barədə niyyət, razılaşma olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırki işin materiallarından da göründüyü kimi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən X11 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, X20 tərəfindən həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işə cəlb etdiyi məhkəmə iclasında hər hansı sübutla təsdiqini tapmamışdır. X2 məhkəmə iclasında həkim X25 ilə iş razılığına gəldiyini və sonuncunun kabinetində xidmət göstədiyini, X20 ilə əmək münasibətlərinə daxil olmadığını və bu niyyətinin olmadığını bildirmişdir. Məhkəmə X4 Ağcabadə rayon prokurorluğuna verdiyi 20 aprel 2022-ci il tarixli izahatı ilə məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində olan ziddiyyətlərlə əlaqədar X4 izahatına da qiymət verərək hesab edir ki, X4 məhkəmə iclasında, həmçinin notarial qaydada təsdiq edilmiş ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 20 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X20 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X18 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar