Məhkəmə qərarları › İş №3(045)-828/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-828/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-828/2024 04.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun Şəfəq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 sentyabr 2024-cü il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs həmkəndlisi X4 mütəmadi olaraq narahat etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o heçkimi söyməmişdir. Ondan şikayət etmiş şəxs X6 onun həmkəndlisidir və içməli suyu onların yaşadığı evin qarşısından götürür. Məhz həmin yaşayış evinin pəncərəsi yola baxır. Bir dəfə su dolduran zaman pəncərənin qarşısında şirniyyat qoymuşdur. Əhliman Ağayev onu hansı əsasla ittiham etməsini bilmir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs – Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 izahat verərək bildirmişdir ki, o protokolu X3 şikayətinə uyğun olaraq tərtib etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs X4 narahat etməsini ictimai qaydanı pozması kimi qiymətləndirir. Həmin video görüntüləri iş materiallarına əlavə etməsə də şəxsi istifadəsində olan telefona köçürmüşdür. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 izahatında bildirdi ki, Şəxs söyüş söydüyünü görməsə də, sonuncu onları tez-tez narahat edir. Belə ki, həmin əşyaların kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün yaşayış evinə kamera quraşdırmış və pəncərələrin qarşısına Şəxs müəyyən əşyalar qoyduğu müəyyən olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, onun Şəxs küçə söyüşləri ilə söyməsinə, ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsinə dair dair hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə inzibati xəta haqqında materialın natamam olmasını və iş üzrə mötəbər sübutların olmamasını diqqətə nəzərə alır. Həmçinin inzibati xəta haqqında 04 sentyabr 2024-cü il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt da qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Lakin Şəxs hərəkətlərində qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi faktı şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Buna görə də, Şəxs barəsində inzibati protokol əsassız olaraq tərtib edildiyindən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam veriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar