Məhkəmə qərarları › İş №3(045)-828/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-828/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-828/2025 20.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy şəhəri, 59-cu kvartalda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X3 08 iyun 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 19 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy şəhəri 59-cu kvartalda yerləşən fərdi yaşayış evində ailə münaqişəsi zəmnində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Kəpənəkçi kənd sakini X2 Goranboy RPŞ-nə etmiş olduğu müaciət əsasında törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 1135 nömrə ilə qeydə alınmış material üzrə Goranboy rayonu Kəpənəkçi kəndində yaşayan Şəxs, xx.xx.2025-ciil tarixdə ünvan 3 ünvanda Zərərçəkmiş şəxs döyməklə ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməsi faktı təsdiq edilmiş, lakin vətəndaş Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, toplanmış material üzrə Goranboy rayonu Kəpöənəkçi kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri müəyyən olunduğundan onun barəsində AR İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs təxminən iki ay bundan əvvəl Goranboy rayon Avtovağzalında iş tapmasını bildirmiş və o, Ləmanın işləməsinə etiraz etsə də, Ləman Goranboy rayon avtovağzalında işləməyə başlamışdır. Təxminən 10 gün bundan əvvəl o, Ləmanın istifadəsində olan mobil telefona baxan zaman Ləmanın başqa şəxslə mesajlaşmasını görmüş və bu səbəbdən onların arasında mübahisələr yaranmağa başlamışdır. Bu səbəbdən o, Ləmana mobil telefondan istifadə etməməsini tapşırmışdır. xx.xx.2025-ci il tarixdə o, istifadəsində olan avtomobil ilə Ləmanı işə aparmış, iş yerinin qarşısında olan zaman Ləmana məxsus mobil telefona baxan zaman telefonda “Whatsapp” proqramının olmasını görmüş və bu səbəbdən onların arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı o, Ləmanın istifadəsində olan mobil telefonu avtomobilin içərisinə atmış, daha sonra Ləman ilə birlikdə birgə yaşadıqları ünvana qayıtmışlar. Yaşadığı ünvanda olan müddət ərzində onların arasında yenidən sözlü mübahisə yaranmışdır. Bundan sonra o, Ləmanın bacısı Aynurəyə zəng edərək Ləman barəsində narazılığını bildirmiş və təxminən 30 dəqiqədən sonra qaynatası Nofəl və qaynanası Aidə onun yaşadığı ünvana gələrək Ləmanı döymüşlər. Yekunda məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs ona sinifyoldaşı ilə xəyanət etdiyini görmüş və həmin vaxtdan aralarında mütamadi mübahisələr yaranmışdır. O, arvadı Ləmana heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir. Onların arasında münasibətlərinin pisləşməsinə səbəb isə maddi sıxıntılarının olması olmuşdur. Maddi vəziyyətlərinin yaxşı olmaması səbəbindən o, Goranboy rayon Avtovağzalında işə başlamışdır, ilkin vaxtlarda Şahmar onun işləməsinə narazı olmuş, lakin sonradan razılaşmışdır. xx.xx.2025-ci il tarixdə yaşadıqları ünvanda olan zaman onun işə getməsi mövzusunda Şahmar ilə onun arasında mübahisə yaranmış və yaranmış mübahisə zamanı Şahmar onun burun nahiyyəsindən yumruqla bir dəfə vurmuş və həmin gün onların arasında bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə Şahmar, öz istifadəsində olan nəqliyyat vasitəsi ilə onu işlədiyi yerə aparmış, orada avtomobilin daxilində olan zaman Şahmar onun istifadəsində olan mobil telefona baxan zaman onun bibisi İntizar ilə telefon vasitəsi ilə danışmasını görmüş və bu səbəbdən onların arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Şahmar əsəbləşərək ona məxsus mobil telefonu yerə atmış və telefon bundan sonra onun sağ diz nahiyyəsindən dəymişdir. Bundan sonra Şahmar onu yaşadıqları ünvana aparmışdır. Evdə olan zaman onların arasında yenidən mübahisə yaranmış və mübahisə zamanı o, Şahmara işləməyə məcbur olduğunu demiş, lakin Şahmar ona işləməyəcəyini bildirmişdir. Bundan sonra o, Şahmara ayrılmağı təklif etsə də, Şahmar onunla razılaşmamışdır. Bundan sonra Şahmar onun sağ ayaq nahiyyəsindən təpiklə bir dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X5 08 iyun 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 273 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun yəhərinin, sağ baldırın ənsə nahiyəsinin və döş qəfəsinin arxa səthinin qançırları KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə yəni xx.xx.2025-ci il tarixdə əlləyumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 273 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs burun yəhərinin, sağ baldırın ənsə nahiyəsinin və döş qəfəsinin arxa səthinində xəsarət aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər; - təhqiqat araşdırması zamanı X6 izahatında Şəxs qızı Zərərçəkmiş şəxs döydüyünü göstərmişdir; - Şəxs izahatında arvadı Zərərçəkmiş şəxs xəyanət etdiyini və onunla mütamadi olaraq mübahisə etdiyini inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 iyun 2025-ci il tarixdən, saat 20:20-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar