Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-829/2024 04.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X16 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi,Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 iştirakı ilə, xx.xx.1977-ci ildə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan və yaşayan X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 sentyabr 2024-cü il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xəqani Əliyev xx.xx.2024cü il tarixdə X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ondna şikayət etmiş Nuravi ilə qonşudur. O, xx.xx.2024-cü il tarixdə kənddə işlədikdən sonra evə gəlmiş və hava isti olduğu üçün üst geyimini çıxartmışdır. Həmin vaxt Nuravinin yoldaşı Güllər onu görmüşdür. Güllər onun qardaşının arvadı Elnarəyə səslənərək “Xəqaniyə denən paltarını geyinsin, ayıbdır məhlədən də görünür” demişdir. O dərhal qardaşı qızına geyinmək üçün köynək gətirməsini demişdir. O, Gülləri ümumiyyətlə görməmiş, ona heç nə deməmiş, ona qarşı nalayiq ifadə işlətməmişdir. Güllərin anası onun əmisi qızıdır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X7 izahat verərək bildirmişdir ki, o protokolu X6 şikayəti əsasında olan raporta uyğun olaraq tərtib etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, X11 ictimai qaydanı pozmasının bilavasitə görən şahid yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş X10 izahatında bildirdi ki, X2 söydüyünü görməsə də, arvadı X8 deməsinə görə DİN “102” çağrı mərkəzinə şikayət vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X11 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, onun X5 söyüşləri ilə söyməsinə, ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsinə dair dair hər hansı sübut mövcud deyildir. Eyni zamanda məhkəmə inzibati xəta haqqında materialın natamam olmasını və iş üzrə mötəbər sübutların olmamasını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. X3 hərəkətlərində qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Xəqani Əliyevin xırda xuliqanlıq etməsi faktı şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Buna görə də, X14 barəsində inzibati protokol əsassız olaraq tərtib edildiyindən, X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam veriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X18
Məhkəmə qərarları › İş №3(045)-829/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-829/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver