Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-837/2024 09.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ali təhsilli, Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 07 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Balakürd kəndində yaşayır. O, dəfələrlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə torpaq almaq üçün Goranboy rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuşdur. Lakin heç bir nəticə verməmişdir. O, xx.xx.2024-cü il tarixdə yenidən müraciət üçün Goranboy rayon İcra Hakimiyyətinə gəlmiş və inzibati binada əsəbləşərək səs-küy salmışdır. Daha sonra isə inzibati binadan uzaqlaşmışdır. O, Goranboy rayonunun Balakürd kəndində yerləşən fərdi yaşayış evində, yəni yaşadığı ünvanda olarkən polis əməkdaşları gəlmiş və onu Goranboy RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və sonuncularla Goranboy RPŞ-yə getmişdir. O, polis əməkdaşlarına tabe olmamaq kimi hərəkətlərə yol verməmişdir. Goranboy rayon İcra Hakimiyyətinin binasında səs-küy saldığı üçün etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində Goranboy RİH-nin inzibati binasında ictimai qaydanı pozmuş və xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Balakürd kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, o, Goranboy RİH-də sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyir. O, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Goranboy RİH-də işdə olarkən səs-küy eşitmiş, səs-küy gələn tərəfə getmiş və görmüşdür ki, Goranboy rayonunun Balakürd kənd sakini Hüseynov X4 rayon Qızılhacılı Bələdiyyəsinin ona torpaq vermədiyini deyərək uca səslə səs-küy salır. Onlar Şəxs iş ahəngini pozduğunu, ictimai yerdə səs-küy salmamasını desələr də Ülvi yenidən qışqıraraq səs-küy salmış və əlaqəsiz ifadələr işlətmişdir, daha sonra Şəxs Saarif oğlu RİH-in inzibati binasını tərk etmişdir. Şəxs təxminən 1 saat iş ahənginə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o, Goranboy RİH-də komendant vəzifəsində işləyir. O, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Goranboy RİH-də işdə olarkən səs-küy eşitmiş, səs-küy gələn tərəfə getmiş və görmüşdür ki, Goranboy rayonunun Balakürd kənd sakini Hüseynov X4 rayon Qızılhacılı Bələdiyyəsinin ona torpaq vermədiyini deyərək uca səslə səs-küy salır. Onlar Şəxs iş ahəngini pozduğunu, ictimai yerdə səs-küy salmamasını desələr də Ülvi yenidən qışqıraraq səs-küy salmış və əlaqəsiz ifadələr işlətmişdir, daha sonra Şəxs Saarif oğlu RİH-in inzibati binasını tərk etmişdir. Şəxs təxminən 1 saat iş ahənginə mane olmuşdur. İş materiallarında olan Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Elvin Əhmədov tərəfindən rəhbərliyə ünvanlanmış 07 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 12:10 radələrində Goranboy RİB-də tərtib olunmuş Aktla bağlı RİH-in inzibati binasında səs-küy salaraq iş rejimini və ictimai qaydanı pozmuş Şəxs RPŞ-nə dəvət etmək üçün Goranboy rayon Balakürd kəndinə sonuncunun yaşadğı ünvana getmiş, sonuncunu RPŞ-nə dəvət etmiş, sonuncu RİH-in inzibati binasında səs-küyü haqlı səbəbdən etdiyini, RPŞ-nə gəlməyəcəyini bildirmiş və küçədə uca səslə səs-küy salmağa başlamışdır. O, Şəxs dəfələrlə nizamintizama dəvət etsə də o, öz qərəzli hərəkətlərinə davam etmiş və polisin qanuni tələbimə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 07 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində Goranboy RİH-nin inzibati binasında ictimai qaydanı pozmuş və xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Balakürd kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 07 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 13:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2024-cü il tarixdə səs-küy salaraq ictimai qaydanı pozması faktı öz təsdiqini tapsa da, polis əməkdaşının və ya əməkdaşların qanuni tələbinə qəsdən tabe olmaması faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Elsevər Musayev yalnız xırda xuliqanlıq hərəkətlərinə görə- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06 sentyabr 2024-cü il tarixdə ictimai yerdə xırda xuliqanlıq etmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olmadı. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və 7 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 07 sentyabr 2024-cü il tarixdən saat 13:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-837/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-837/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver