Məhkəmə qərarları › İş №3(045)-851/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-851/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-851/2024 13.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, X9 katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Goranboy rayonunun Qarqucaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonunun Qarqucaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Goranboy şəhərində ictimai qaydanı pozaraq küçədə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. 13 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 sentyabr 2024-cü il tarixdə, saat 02:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri ərazisində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Goranboy şəhəri ərazisində sərxoş avtomobil idarə etmiş və yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları onu saxlamışlar. O, Yol Patrul Xidməti əməkdaşları ilə həmsöhbət zamanı əsəbləşmiş və nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Himayəsində üç azyaşlı övladı vardır. Gələcəkdə bu cür hallara yol verməyəcəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45-də RPŞ-nin DYPB-nin YPX inspektorları, polis baş serjantı Rəşad Cavadov və polis serjantı Rahib İsmayılovla birlikdə KİA markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu, Vüqar Bayramov küçəsində xidmətə olan zaman VAZ 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşın işıq cihazının nasaz olduğu və yüksək sürətlə hərəkət etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Goranboy RPŞnin DYPB-nin YPX inspektoru, polis serjantı Rahib İsmayılov sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. Sürücünün sənədlərini bort-komputer vasitəsi ilə yoxlayan zaman şəxsiyyəti sonradan məlum olan X4 nəqliyyat vasitəsindən yerə düşmüşdür. Sürücüyə törətdiyi qayda pozuntusunu izah edən zaman nəfəsindən kəskin spirtli içki qoxusunu hiss etmişlər və həmin şəxsin alkotester vasitəsi ilə müayinədən keçirtmişlər. Həmin vaxt S.Heydərov küçədə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən onu RPŞ-yə gətirərək Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X6 göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45-də RPŞ-nin DYPB-nin YPX inspektorları, polis baş serjantı Rauf Şəmsəddinov və polis baş serjantı Rahib İsmayılovla birlikdə KİA markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu, Vüqar Bayramov küçəsində xidmətə olan zaman VAZ 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşın işıq cihazının nasaz olduğu və yüksək sürətlə hərəkət etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Goranboy RPŞnin DYPB-nin YPX inspektoru, polis serjantı Rahib İsmayılov sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. Sürücünün sənədlərini bort-komputer vasitəsi ilə yoxlayan zaman şəxsiyyəti sonradan məlum olan X4 nəqliyyat vasitəsindən yerə düşmüşdür. Sürücüyə törətdiyi qayda pozuntusunu izah edən zaman nəfəsindən kəskin spirtli içki qoxusunu hiss etmişlər və həmin şəxsin alkotester vasitəsi ilə müayinədən keçirtmişlər. Həmin vaxt S.Heydərov küçədə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən onu RPŞ-yə gətirərək Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin DYPBnin yol patrul xidməti inspektoru Rahib İsmayılov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:45-də RPŞ-nin DYPB-nin YPX inspektorları, polis baş serjantı Rəşad Cavadov və polis baş serjantı Rauf Şəmsəddinovla birlikdə KİA markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu, Vüqar Bayramov küçəsində xidmətə olan zaman VAZ 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşın işıq cihazının nasaz olduğu və yüksək sürətlə hərəkət etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Rahib İsmayılov sürücüyə yaxınlaşaraq özünü təqdim etmişdir. Sürücünün sənədlərini bortkomputer vasitəsi ilə yoxlayan zaman şəxsiyyəti sonradan məlum olan X4 nəqliyyat vasitəsindən yerə düşmüşdür. Sürücüyə törətdiyi qayda pozuntusunu izah edən zaman nəfəsindən kəskin spirtli içki qoxusunu hiss etmişlər və həmin şəxsin alkotester vasitəsi ilə müayinədən keçirtmişlər. Həmin vaxt S.Heydərov küçədə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən onu RPŞ-yə gətirərək Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində üç azyaşlı övladı mövcuddur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 sentyabr 2024-cü Goranboy şəhəri ərazisində səs-küy salmış, nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar