Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-853/2023 26.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 sentyabr 2023-cü il tarixdə Goranboy RPŞ tərəfindən Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçudur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair material Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir (inzibati xəta hadisəsinin Goranboy rayonunun Veyilsi qəsəbəsində törədilməsi və Goranboy rayonunun Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olması nəzərə alınmaqla). Belə ki, İXM-in: 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar; 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır; 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair materiallar aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-853/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-853/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver