Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-855/2024 15.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Baş X9 İdarəsinin 723 saylı YPX postu Vİİİ X10 Xidmətinin 23 avqust 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Baş X9 İdarəsinin 23 avqust 2024-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı-Qazax yolunun 344-cü kilometrliyində 723 saylı YPX postu Vİİİ X10 Xidməti 23 avqust 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsilə nəzərdə tutulan inzibati xətaya görə 400 manat cərimə edilmişdir. Bu cərimədən əvvəl isə başqa şəxsin inzibati xətasına görə səhvən onun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin cərimə ilə bağlı şikayət vermişdir. Hazırda həmin cərimə ilə bağlı şikayət vermiş və araşdırma aparılır. Onun sürücülük hüququ məhdudlaşdırıldığından xx.xx.2024-cü il tarixdə törətdiyi inzibati xətaya görə 400 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul edilmiş, hansı ki, o cərimə olunmamalı idi. Göstərilənlərə əsasən Bakı-Qazax yolunun 344-cü km-də 723 saylı YPX postu, Vİİİ X10 xidmətinin 23 avqust 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X4 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə onun iştirakı olmadan işə baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə şikayət vermiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş şikayətçinin 23 avqust 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi İXM-in 332.3-cü maddəsi ilə barəsində 400 manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Baş X11 İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 20988132 nömrəli elektron qərardan və ona əlavə edilmiş çıxarışdan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat cərimə cəzası tətbiq edilmiş və ona törətdiyi xətaya müvafiq olaraq 2 bal təyin edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verməsinə görə, sonuncu tərəfindən bir il ərzində 20 bal toplandığından Məcəllənin 27.4-cü maddəsinin tələbinə əsasən onun barəsində inzibati cərimə tətbiq edilmədən sürücülük hüququ 6 ay müddətinə məhduməhdudlaşdırılmış, cəzasının icrası isə xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır, həmçinin qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. X3 törətdiyi inzibati xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi) YPX-nın əməkdaşı tərəfindən aşkar olunmuş və həmin əməkdaş tərəfindən aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun icraat aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bundan başqa şikayət vermiş şəxs sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarın ləğv edilməsi müraciətini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası Baş X9 İdarəsinin 723 saylı YPX postu Vİİİ X10 xidmətinin 23 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X9 İdarəsinin 723 saylı YPX postu Vİİİ X10 Xidmətinin 23 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(045)-855/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-855/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver