Məhkəmə qərarları › İş №3(045)-86/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-86/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-86/2024 13.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Yeni Yol kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, aliment borcu olduğundan məlumatı var. Lakin hərdən ərzaq alıb uşağına verir. Nə vaxt imkanı olarsa o vaxt da ödəniş edəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs – Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1760/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ayda cəmi 300 manat sabir pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin o, Goranboy Rayon Məhkəməsinin 2(045)-1760/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra vərəqsinin icrasından yayınmış, 1375 manat borcu yaranmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs uşaqları saxlamaqda çətinlik çəkdiyini atasının ümumiyyətlə uşaqlarla maraqlanmadığını, onun icra vərəqəsini icra etmədyini bildirərək, cəzalandırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati xəta haqqında ilə MN seriyalı, ******* №-li, 13 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1760/2022 saylı, 0xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdə doğulmuş X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ayda cəmi 300 manat sabir pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin o icra sənədinin icrasından yayınmışdır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs alimentin ödənilməsi üçün maddi imkanının olmadığını bildirdiyini nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına, maliyyə sanksiyasına alternativ - inzibati tənbeh növü olan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini zəruri hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin, yəni məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə onun təqsiri sübuta yetirildiyindən, sonuncu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, Şəxs inzibati qaydada tutulma müddəti 13 fveral 2024-cü il tarixdən saat 12:50-dən hesablanmalı, qərar dərhal icra edilməli, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Şəxs həbsetmə müddətinin başlanğıcı 13 fevral 2024-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar