Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-9/2023 05.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, xx.xx.1970-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə saat 17:45 radələrində Qızılhacılı qəsəbə sakini Novruzov X4 qəsəbəsində yaşadığı evin qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, RPŞ-nin PPXB-nün polis nəfərləri 04 yanvar 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Goranboy rayonu Qızılhacılı qəsəbə sakinləri Hüseyn, Ziya, Əmrah, Nicat, Elvin, Elçin və Pərvizin tərəflərindən dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamalarını bildirmişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə onların həyətində oğlu Nicat Novruzov əsgərlikdən gəldiyi üçün yığıncaq təşkil olunmuşdur. Axşam radələrində Goranboy RPŞ-nin əməkdaşları onların yaşadıqları ünvana gələrək X8 Polis şöbəsinə aparmaq istəmişdilər. Həmin zaman o, digərləri ilə birlikdə polis əməkdaşları ilə mübahisə etmiş və onların Hüseyni RPŞ-yə aparmasına maneçilik törətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə o, sərxoş olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. O, inzibati qaydada tutulmamışdır. Həmçinin İİ dərəcə əlilliyi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin taqım komandiri X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində dislokasiya üzrə xidmətdə olan zaman DYP-nin əməkdaşları əl rabitəsi vasitəsi ilə onları köməyə çağırmışlar. Onlar deyilən ünvana yaxınlaşan zaman Lada (Vaz) Niva markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişinlərin DYP əməkdaşları ilə uca səslə danışaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və yaxınlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün köməyə şəhər postunu hadisə yerinə dəvət etmişlər. Bundan sonra vətəndaş Hüseyn adlı şəxs və qohumları Ziya, Əmrah, Nicat, Elvin, Elçin, Pərvizin barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət edən zaman onlar gəlməyəcəklərini bildirib bir daha uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək qərəzli şəkildə polisin qanuni tələblərinə qəsdən tabe olmadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri X2 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Ceyhun Yusibov, Nicat Nəbiyev, Elmin Allahverdiyev və Kamran Əsədov tərəfindən rəhbərliyə ünvanlanmış 04 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində dislokasiya üzrə xidmətdə olan zaman DYP-nin əməkdaşları əl rabitəsi vasitəsi ilə onları köməyə çağırmışlar. Onlar deyilən ünvana yaxınlaşan zaman Lada (Vaz) Niva markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişinlərin DYP əməkdaşları ilə uca səslə danışaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və yaxənlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün köməyə şəhər postunu hadisə yerinə dəvət etmişlər. Bundan sonra vətəndaş Hüseyn adlı şəxs və qohumları Ziya, Əmrah, Nicat, Elvin, Elçin, Pərvizin barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət edən zaman onlar gəlməyəcəklərini bildirib bir daha uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək qərəzli şəkildə polisin qanuni tələblərinə qəsdən tabe olmadılar. Odur ki, raportun barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; Məhkəmə iclasında təqdim olunmuş CD diskə baxış keçirilərkən Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması məlum oldu. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs səs-küy salmaqla xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və İİ dərəcə əlilliyi olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini (ikinci dərəcə əlilliyi olmasını) nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-9/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-9/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver