Məhkəmə qərarları › İş №3(045)-9/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-9/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-9/2025 16.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 11 dekabr 2024-cü il tarixli qərarından və 23 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində sürücü Şəxs idarə etdiyi “Mercedes Benz” minik markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrinin tələbini pozmaqla Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, istifadəsində “Mercedes-Benz E240” markalı avtomobili var və o, həmin avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə notarial qayadada təsdiq edilmiş etibarnamə əsasında idarə edir. Zərərçəkmiş şəxs3 əvəllər tanımamış və onuna aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024- cü il taridə işlədiyi Goran qəsəbəsi ərazisində yerləşən iş yerindən çıxaraq yaşadığı Qızılhacılı qəsəbəsi istiqamətində istifadəsində olan “Mercedes-Benz E240” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətə başlamışdır. Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində olan zaman sola dönmə xəbərdaredici işığı yandıraraq işıqforun yaşıl işığında sol istiqamətdə dönmək etmək istəyən zaman əks hərəkət zolağında onun istiqamətində VAZ 2107 markalı, dövlət qeydiyyat nişanlı xatırlamadığı tünd rəngli avtomobilin gəlməsini görmüş və o, həmin nəqliyyat vasitəsinə yol verdikdən sonra, dönmə əməliyyatını davam etdirmişdir. Bu zaman əks hərəkət zolağından onun istiqamətində gələn, VAZ 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcına işıqforun sarı işığında daxil olmasını görmüşdür. Həmin vaxt o, hərəkətini davam etdirdiyi üçün VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi Mercedes Benz markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər xəsarət almışlar. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş və ümumiyyətlə barışıq üçün cəhd etməmişdir. Barışığa cəhd etməməsinin səbəbini isə valideyinlərinin xəstə olması ilə izah edərək sənədləri məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, bacısı oğlu Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2107” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Həmin avtomobildə bacısı Zərərçəkmiş şəxs2 da olmuşdur. Belə ki, onlar birlikdə Ağdam rayonunda çıxaraq Gəncə şəhər istiqamətində hərəkətdə olan zaman, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, işıqforda sonradan tanıdığı Şəxs onun əyləşdiyi avtomobillə toqquşmuşdur. Nəticəsində o, bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs törtədiyi əmələ görə üzrxahlıq belə etməmişdir. Şəxs barəsində ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs3 idarə etdiyi “VAZ 2107” minik markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Həmin avtomobildə qardaşı Zərərçəkmiş şəxs1 da olmuşdur. Belə ki, onlar birlikdə Ağdam rayonunda çıxaraq Gəncə şəhər istiqamətində hərəkətdə olan zaman, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində, işıqforda sonradan tanıdığı Şəxs onun əyləşdiyi avtomobillə toqquşmuşdur. Nəticəsində o, bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs törtədiyi əmələ görə üzrxahlıq belə etməmişdir. Şəxs barəsində ciddi cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, onun istifadəsində VAZ 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı antomobili var və o, həmin avtomobili sürücülük vəsiqəsi ilə və notarial qayadada təsdiq edilmiş etibarnamə şəhadətnaməsi əsasında idarə edir. Şəxs əvəllər tanımamış və onuna arlarında hər hansı ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Ağdam rayonundan Gəncə şəhərinə qayıdan zaman Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində hərəktədə olan zaman xalası oğlu Lətif idarə etdiyi avtomobil ilə yol ayrıcını keçdikdən sonra o da onun arxası ilə hərəkət etmişdir. Yol ayrıcına yaxınlaşan zaman əks hərəkət zolağında olan Mercedes markalı avtomobilin onun hərəkət zolağında sola dönməsini görmüş, bu zaman o, toqquşmanın qarşısını almaq məqsədi ilə əyləcdən istifadə edərək avtomobili sağ istiqamətdə sürsə də toqquşmanın qarşısını almaq mümkün olmamış və nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi ilə Mercedes markalı avtomobilin ön sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən onun idarə etdiyi avtomobildə ön sağ oturacaqda sərnişin qismində əyləşmiş dayısı Səlim Əiyevin baş nahiyyəsi idarə etdiyi avtomobilin ön alın şüşəsinə dəymişdir. Toqquşmadan sonra o, avtomobildən enərək daysını və arxa oturacaqda sərnişin qismində əyləşmiş anası Zərərçəkmiş şəxs2 avtomobildən endirdikdən sonra DİN-nin 102 xidmətinə və tibbi yarıdm xidmətinə müraciət edərək hadisə barədə məlumat vermiş, bir müddətdən sonra ttibbi yardım briqadası hadisə yerinə gələrək anasını və dayısını Goranboy RMX-ya aparmışlar. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs törtədiyi əmələ görə üzrxahlıq belə etməmişdir. Şəxs barəsində ciddi cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 11 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələrinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞnin DYPB-yə göndərilsin göndərilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 717 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – alın və burun yəhərinin qanayan yaraları bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 718 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – dol diz nahiyəsinin qançırı bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 719 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – alt çənənin, sol diz nahiyəsinin, sağ baldırın ön səthinin, döş qəfəsinin hematomaları hərəkət məhdudluğu KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Sürücülük vəsiqəsindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı olmaqla BC 211972 nömrəli sürücülük vəsiqəsi vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halların olmasını müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olmasını müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə, üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyası 327.2-ci maddəni də ehtiva etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, inzibati xətanı törətmiş şəxsin şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrin idarə etmək hüququnun məhdudlaşdırılması cəzası növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar