Məhkəmə qərarları › İş №3(045)-90/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-90/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-90/2024 15.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Goranboy RPŞ-nin nümayəndəsi Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 14 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanlı-ünvnsız nalayiq ifadələr işlədərək polisin qanuni tələbini və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 2(045)-247/2023 nömrəli məktubunun icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində xidməti ərazisi olan Goranboy rayon Xanqərvənd kəndi ərazisində Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Əmrah Yunusov ilə birlikdə Xanqərvənd kənd sakini Şəxs yaxınlaşaraq özlərini həmin şəxsə təqdim edərək Goranboy rayon İcra Propasiya şöbəsinə getməyini bildirmişlər, lakin həmin şəxs uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra onlar Goranboy rayonu Qızılhacılı-Xanqərvənd kəndlərində xidmətdə olan Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Nəbiyev Nicat və Məmmədov Ehtiramı həmin yerə çağırmışlar. Həmin vaxt vətəndaş Şəxs yenə də öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə tabe olmadığı üçün həmin şəxs Goranboy RPŞyə gətirib NH-yə təhvil verilmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı ünvan 2 olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək Goranboy Rayon İcra və Probasiya şöbəsinin məcburi gətirilmə qərarına əsasən şöbəyə getməyi təklif edilmişdir. Lakin o, içkinin təsiri altında olduğu üçün etdiyi hərəkətləri dərk etmədiyi üçün uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu nizamintizama dəvət edib sakitləşdirməyə çalışsalar da, o, içkili olduğu üçün polis əməkdaşlarına məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onu Goranboy Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Hazırda əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı X4 bildirdi ki, Goranboy Rayon İcra və Probasiya şöbəsinin borclunun məcburi gətirilmə barədə qərarının icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində xidməti ərazisi olan Goranboy rayon Xanqərvənd kəndi ərazisində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X5 ilə birlikdə Xanqərvənd kənd sakini Şəxs yaxınlaşaraq özlərini həmin şəxsə təqdim edərək Goranboy rayon İcra və Probasiya şöbəsinə getməyini bildirmişlər, lakin həmin şəxs uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar Goranboy rayon Qızılhacılı-Xanqərvənd kəndlərində xidmətdə olan Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Nəbiyev Nicat və Məmmədov Ehtiramı həmin yerə dəstəyə çağırmışlar. Vətəndaş Şəxs yenə də, öz hərəkətlərinə davam edərək onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün həmin şəxsi Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri X7 və X2 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gora Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Əmrah Yunusov tərəfindən rəhbərliyə ünvanlanmış Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 2(045)-247/2023 nömrəli məktubunun icrası ilə əlaqədar xx.xx.2024cü il tarixdə saat 17:30 radələrində xidməti ərazisi olan Goranboy rayon Xanqərvənd kəndi ərazisində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X5 ilə birlikdə Xanqərvənd kənd sakini Şəxs yaxınlaşaraq özlərini həmin şəxsə təqdim edərək Goranboy rayon İcra Propasiya şöbəsinə getməyini bildirmişlər, lakin həmin şəxs uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də həmin şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra onlar Goranboy rayonu Qızılhacılı-Xanqərvənd kəndlərində xidmətdə olan Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Nəbiyev Nicat və Məmmədov Ehtiramı həmin yerə çağırmışlar. Həmin vaxt vətəndaş Şəxs yenədə öz hərəkətlərini davam edərək onların qanuni tələbinə tabe olmadığı üçün həmin şəxsi Goranboy RPŞ-nə gətirib NH-ya təhvil verilmişdir. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:47-də inzibati qaydada tutulmuş və 15 fevral 2024-cü il tarixdə saat 11:10-da azad edilmişdir; “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 35 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs alkoqolun qəbulu faktı aşkar edilmiş, lakin sərxoşluq (0,106%) əlamətləri aşkara çıxarılmamışdır; “Borclunun məcburi gətirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Goranboy rayon, Xanqərvənd kənd sakini Şəxs Goranboy Rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 fevral 2024-cü il tarixdə ünvan 5 ünvansız nalayiq ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 fevral 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 09 (doqquz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2024-cü il tarixdən, saat 19:50-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar