Məhkəmə qərarları › İş №3(045)-91/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-91/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-91/2024 15.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Goranboy RPŞ-nin nümayəndəsi Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Goranboy rayonu, Kələk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Kələk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X4 13 yanvar 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən MN seriyalı ******* nömrəli, 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Kələk kənd sakini Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-2730 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti RPŞnin İTB-yə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 28.12.203-cü il tarixdə fərdi yaşayış evinin həyətyanı sahəsini suvarmaq üçün su açmışdır. Zərərçəkmiş şəxs də onun suyundan həyətyanı sahəsinə su açmışdır. O, Zərərçəkmiş şəxs onun həyətyanı sahəsinə axan suyu öz həyətyanı sahəsinə açdığını görmüş, buna görə də, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra çıxıb suyun üstünə getmişdir. O, sonradan Nadirin onun barəsində şikayət etdiyini öyrənmişdir. Həmçinin qeyd edir ki, o, Zərərçəkmiş şəxs ilə üz-üzə gəlməmiş, eləcə suyunu kəsdiyi üçün Nadirin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs qonşusudur və onların münasibətləri yaxşı olmamışdır. xx.xx.2023-cü il tarixdə qonşusu Şəxs həyətyanı sahəsinə su açmışdır. Həmin gün təxminən saat 19 radələrində Şəxs uca səslə onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş, buna görə də, Şamilə narazılığını və onun suyunu kəsmədiyini bildirmişdir. Buna görə də, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şamil onu nalayiq ifadələr ilə təhqir edərək kəllə ilə bir dəfə sinə və çənə nahiyələrindən vurmuşdur. Bu zaman səsə həyat yoldaşı Kifayət Əliyeva gələrək Şamilə narazılığını bildirmişdir. Daha sonra Şamil avtomobilindən bıçaq çıxararaq onu ölümlə hədələmiş, lakin bıçaq ilə ona xəsarət yetirməmişdir. Daha sonra Şamil çıxıb getmiş, o da bu haqda DİN-in 102 xidmətinə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun əri, Şəxs isə qonşusudur. xx.xx.2023-cü il tarixdə qonşusu Şəxs həyətyanı sahəsinə su açmışdır. Həmin gün saat saat 19 radələrində evinin qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qonşusu Şəxs ilə mübahisə etdiyini görmüşdür. O, çölə çıxan zaman Şamilin həyat yoldaşı Nadiri bir dəfə kəllə ilə sinə nahiyəsindən vurduğunu görmüşdür. Daha sonra onlara yaxınlaşmış və Şamili yoldaşını döydüyü üçün narazılığını bildirsə də, Şamil yenə də əri Nadiri söyüb təhqir edərək çıxıb getmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 13 yanvar 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 881 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt dodağın və döş qəfəsinin qançırları KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə yəni xx.xx.2023-cü il tarixdə yumruqla, kəllə ilə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 881 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs alt dodağın və döş qəfəsinin nahiyələrində xəsarət aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər; - təhqiqat araşdırması zamanı və məhhkəmə iclasında verdiyi izahatında şahid X1 Şamil Mübariz oğlunun Zərərçəkmiş şəxs vurmasını göstərmişdir; - Şəxs izahatında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və ona uca səslə nalayiq ifadələr işlətdiyini inkar etməmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 fevral 2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar