Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-918/2024 20.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Ağdam rayonunun Başgüney kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 334-1.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 20 sentyabr 2024-cü il tarixli və Goranboy RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə İXP seriyalı, ******* №-li, 19 sentyabr 2024-cü il tarixli, inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında, özünə məxsus “Kia Rio” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunun Səfikürd kənd sakini X2 evinə qonaq gedən zaman, Goran-Naftalan yolunda polis əməkdaşları YPX-nin xidməti patrul maşını ilə ona saxla işarəsi vermişlər. O, avtomobili ehtiyat yola çəkərək avtomobili saxlamışdır. Bundan sonra isə ona yaxınlaşan polis əməkdaşı sənədləri ondan istədikdə, o sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları avtomobilin duracağa aparılacağını bildirdikdə o, özündən çıxmış və nalayiq ifadələr işlətmişdir. Həmin vaxt narkotik vasitə təsirində olduğu üçün bu əməllərə yol vermişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DYPB-nin, YPX-nin inspektorları polis baş serjantları X3 və X6 Naftalan-Goran yolunda söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X9 ilə birlikdə BMW markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonunun Goran-Naftalan yolunda xidmətdə olan zaman KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi və işıqdan istifadə qaydasını pozduğu üçün tərəfilərindən saxla işarəsi verilmişdir. O, sürücüyə yaxınlaşaraq özünü ona təqdim edib pozduğu yol hərəkət qaydasını sürücüyə izah etdikdən sonra sürücünün Ağdam rayonu Başgüney kəndində qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. Bort kompüter vasitəsi ilə yoxlanılan zaman Şəxs KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı və avtomaşına aid heç bir etibarnamənin olmadığı məlum olmuşdur. Sürücü ilə ünsiyyət zamanı özünü şübhəli apardığı üçün onlar onu həkim müayinəsindən keçməyə dəvət etmişlər və yoxlama zamanı Şəxs narkotik tipli pisxotrop maddələrdən istifadə etdiyi məlum olmuşdur. Daha sonra Şəxs RPŞ-nin qarşısında uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu nizam intizama dəvət edərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə BMW markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonunun Goran-Naftalan yolunda xidmətdə olan zaman KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi və işıqdan istifadə qaydasını pozduğu üçün tərəfilərindən saxla işarəsi verilmişdir. YPX inspektoru X1 yaxınlaşaraq özünü ona təqdim edib pozduğu yol hərəkət qaydasını sürücüyə izah etdikdən sonra sürücünün Ağdam rayonu Başgüney kəndində qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. Bort kompüter vasitəsi ilə yoxlanılan zaman Şəxs KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı və avtomaşına aid heç bir etibarnamənin olmadığı məlum olmuşdur. Sürücü ilə ünsiyyət zamanı özünü şübhəli apardığı üçün onlar onu həkim müayinəsindən keçməyə dəvət etmişlər və yoxlama zamanı Şəxs narkotik tipli pisxotrop maddələrdən istifadə etdiyi məlum olmuşdur. Daha sonra Şəxs RPŞ-nin qarşısında uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu nizam intizama dəvət edərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Aqil Nuriyev tərəfindən rəhbərliyə ünvanlanmış 19 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə BMW markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonunun Goran-Naftalan yolunda xidmətdə olan zaman KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi və işıqdan istifadə qaydasını pozduğu üçün tərəfilərindən saxla işarəsi verilmişdir. YPX inspektoru X1 yaxınlaşaraq özünü ona təqdim edib pozduğu yol hərəkət qaydasını sürücüyə izah etdikdən sonra sürücünün Ağdam rayonu Başgüney kəndində qeydiyyatda olan Şəxs olduğu məlum olmuşdur. Bort kompüter vasitəsi ilə yoxlanılan zaman Şəxs KİA RİO markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı və avtomaşına aid heç bir etibarnamənin olmadığı məlum olmuşdur. Sürücü ilə ünsiyyət zamanı özünü şübhəli apardığı üçün onlar onu həkim müayinəsindən keçməyə dəvət etmişlər və yoxlama zamanı Şəxs narkotik tipli pisxotrop maddələrdən istifadə etdiyi məlum olmuşdur. Daha sonra Şəxs RPŞ-nin qarşısında uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu nizam intizama dəvət edərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 20 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DYPB-nin, YPX-nin inspektorları polis baş serjantları X3 və X6 Naftalan-Goran yolunda söymüşdür. İş materiallarında olan inzibati xəta haqqında İXP seriyalı, ******* №-li, 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə, işıq cihazlarından istifadə qaydalarını pozduğuna, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmamasına və eyni zamanda nəqliyyat vasitəsini narkotik vasitə təsiri altında idarə etmişdir. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 19 sentyabr 2024-cü il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, həmin tarixdə Şəxs Şəmsu oğlunun sidiyində marixuana (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 329.1, 329.3, 332.1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517- 2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329.1, 329.3, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X15 İdarəsinin rəisi, onun müavinləri, Baş X15 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X15 İdarəsinin rəisi, ərazi polis orqanlarının X15 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X15 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X15 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 332.2-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1, 332.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 31.4-1 və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən barəsində 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 600 (altı yüz) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs İXM-in 329.1, 329.3, 332.1 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy Rayon Polis X11 Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-918/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-918/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver