Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-920/2024 23.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Naftalan şəhəri, Qasımbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis X2 təhqiqatçısı X3 31 avqust 2024-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən MN seriyalı ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Goranboy rayon Suvarma Sistemləri İdarəsində Zərərçəkmiş şəxs üz nahiyəsinə 1 dəfə sillə ilə vuraraq döymüş və fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin İTB-yə göndərilmişdir. O həmin qərara əsaslanaraq Şəxs barəsində MN seriyalı ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qasımbəyli kəndində su birliyinin üzvüdür. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və əvvəllər onun Zərərçəkmiş şəxslə aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs Qasımbəyli kəndində olan su arteziyanından hamı kimi istifadə edir, lakin həmin arteziyanın hal-hazırda nasaz vəziyyətdədir. O, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Suvarma Sistemləri idarəsinin həyətində olan zaman, Zərərçəkmiş şəxs idarənin həyətinə daxil olmuşdur. Həmin vaxt isə o, idarənin rəisi İlqar müəllim ilə söhbət etmiş, daha sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və pay torpağının suvarılmasını tələb etmişdir. Bu zaman İlqar müəllimin ondan arteziyanın vəziyyətini soruşmuş, o isə arteziyanın nasaz vəziyyətdə olmasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs əsassız şəkildə idarənin həyətində səs-küy salmağa başlamış və ona nalayiq ifadələr işlədərək onu hədələmişdir. Bu zaman İlqar müəllim Zərərçəkmiş şəxs sakitləşdirmiş və Zərərçəkmiş şəxs idarənin həyətindən çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Goranboy rayon Suvarma Sistemləri İdarəsinə öz təsərəüfatını sulamaq üçün getmişdir. Onu idarənin rəisi İlqar Məhərrəmov qəbul etmiş və onunla söhbət etməyə başlamış, bu zaman Şəxs onların yanına gəlmiş və onlar biryerdə suyun verilməsi barəsində söhbət etmişlər. O, verilən suyun hər saahatına 1 manat aldıqları üçün etirazını bildirmiş, İlqar müəllim də onun etirazına cavab olaraq suyun hər saahatının qiyməti 30 qəpik olduğunu demişdir. O, İlqar müəllimə “Şəxs deyib ki, mənə suvarma suyunu pulsuz verir, lakin bu belə deyil o mənə suvarma suyunu hər saahatına 1 manat alıb” demişdir. Bu zaman Şəxs “sən niyə mənim barəmdə prakrorluğa şikayət etmisən?” demiş və anidən onun üz nahiyəsinə şillə ilə vurmuşdur. Elşən onu vuran zaman İlqar müəllim onun qolundan tutub aralayaraq onu kənara çəkmişdir. Daha sonra Elşənin bu hərəkətlərinə görə Goranboy rayon prokrorluğa getmiş və oradan onu polis şöbəsinə göndərmişlər. Hazırda Şəxsla barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, hadisəni İlqar müəllim və eyni zamanda orada olan fəhlələr görmüşdür. Lakin fəhlələri tanımadığı üçün dəqiq hansının gördüyünü deyə bilmir. O, ağzının yarasını təhqiqatçı Ehtiram Qurbanova da göstərmişdir. Onun işini aparan təhqiqatçı Ehtiram Qurbanovun və İlqar Məhərrəmovun məhkəmə iclasında dindirilməsi üçün dəvət edilməsini tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 585 nömrəli, 07 avqust 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsas götürərək Şəxs Zərərçəkmiş şəxs əli ilə vurmasını bildirsə də, bu halı ekspert rəyi və şahid İlqar Məhərrəmovun şahidliyi ilə əsaslandırmışdır. Lakin ekspert rəyində Zərərçəkmiş şəxs həmin xəsarətləri özü-özünə yetirməsinin mümkün olub-olmaması, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin əl ilə vurma zamanı yetirilib-yetirilməməsi barədə heç bir məlumat əlavə edilməmişdir. Bundan başqa sözügedən ekspert qərarında Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət olmadığı müəyyən edilmişdir. İşin bu halları isə Şəxs tərəfindən inzibati xətanın törədilmədiyi qənaətinə gəlməyə əsasə verir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətalara dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-920/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-920/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver