Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-922/2024 24.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Yellicə kəndində qeydiyyatda olan və Daşkəsən rayonunun Çovdar kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində X5 və X1 rayon Tapqaraqoyunlu kəndindən Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınları ilə posta yaxınlaşan zaman onların və avtomaşınların müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılmış və sənədlərin qaydasında olması aşkar olunsa da avtomaşınlarda işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Polis əməkdaşları onlardan apardıqları əşyaların sənədini tələb etdikdə, onlar heç bir sənədlərinin olmadığını bildirmişlər. Polis əməkdaşları onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər bir uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra isə onları Goranboy RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına tabe olmamaq kimi hərəkətlərə yol verməmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri X2 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elvin Muradovla və İTB-nin sahə polis nəfəri, polis serjantı Emil Bayramovla birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** döclət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü X11 həmin avtomaşında olan Şəxs və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X3 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra həmin şəxsləri RPŞ-yə gətirərək barələrində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri X10 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elvin Muradovla və İTB-nin sahə polis nəfəri, polis serjantı Elmin Allahverdiyevlə birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə-Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** döclət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü X11 həmin avtomaşında olan Şəxs və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X3 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra həmin şəxsləri RPŞ-yə gətirərək barələrində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri Elvin Muradov tərəfindən rəhbərliyə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elmin Allahverdiyev və İTBnin sahə polis nəfəri İTB-nin sahə polis nəfəri, polis serjantı Emil Bayramovla birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** döclət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü X11 həmin avtomaşında olan Şəxs və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X3 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra həmin şəxsləri məcburi şəkildə RPŞ-nə gətirərək barələrində qanuni tədbir görülməsi üçün NH-ə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X5 həmin tarixdə, saat 02:13-də inzibati qaydada tutulmuşdur. “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2024-cü il tarixdə səs-küy salaraq ictimai qaydanı pozması faktı öz təsdiqini tapsa da, polis əməkdaşının və ya əməkdaşların qanuni tələbinə qəsdən tabe olmaması faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Şəxs yalnız xırda xuliqanlıq hərəkətlərinə görə-Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 sentyabr 2024-cü il tarixdə ictimai yerdə xırda xuliqanlıq etmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, eyni zamanda orqanizmin funksiyalarının 61-80 faizini itirdiyini nəzərə alıb barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-922/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-922/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver