Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-923/2024 24.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunun Həsənlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Kəlbəcər rayon 71 nömrəli tam orta məktəbdə gözətçi işləyən, orta təhsilli, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan və Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində X4 və X1 rayon Tapqaraqoyunlu kəndindən Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınları ilə posta yaxınlaşan zaman onların və avtomaşınların müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılmış və sənədlərin qaydasında olması aşkar olunsa da avtomaşınlarda işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Polis əməkdaşları onlardan apardıqları əşyaların sənədini tələb etdikdə, onlar heç bir sənədlərinin olmadığını bildirmişlər. Polis əməkdaşları onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər bir uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra isə onları Goranboy RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına tabe olmamaq kimi hərəkətlərə yol verməmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X12 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri X3 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elvin Muradovla və İTB-nin sahə polis nəfəri, polis serjantı Emil Bayramovla birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü Şəxs həmin avtomaşında olan X2 və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X5 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək, səs küy salaraq öz etirazlarını bildirmiş, orada işin normal gedişini pozmuşlar. Daha sonra həmin şəxsləri RPŞ-yə gətirərək barələrində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri X13 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elvin Muradovla və İTB-nin sahə polis nəfəri, polis serjantı Elmin Allahverdiyevlə birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə-Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** döclət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü Şəxs həmin avtomaşında olan X2 və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X5 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra həmin şəxsləri RPŞ-yə gətirərək barələrində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin Post-Patrul Xidməti bölüyünün polis nəfəri Elvin Muradov tərəfindən rəhbərliyə ünvanlanmış 24 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nin polis nəfəri, polis serjantı Elmin Allahverdiyev və İTBnin sahə polis nəfəri İTB-nin sahə polis nəfəri, polis serjantı Emil Bayramovla birlikdə xidmətdə olarkən, kənd ərazisində yerləşən nəzarət buraxılış postunda Ağdərə- Suqovuşan istiqamətində keçmək üçün posta yaxınlaşan ağ rəngli Niva markalı **-BH-*** dövlət qeydiyyat nişanlı və Qazel markalı **-BN-*** döclət qeydiyyat nişanlı avtomaşınların, sərnişinlərin və sürücülərin müvafiq icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlanılıb portalı yoxlanılarkən, “Niva” markalı maşının sürücüsü Şəxs həmin avtomaşında olan X2 və eyni vaxta “Qazel” markalı avtomaşının sürücüsü X5 özlərinin və avtomaşınların portalı olsa da avtomaşınlarında işğaldan azad olunmuş ərazilərdən stol, çarpayı, divan, yataq dəsti, çörək sobası və sair ev əşyaların qanunsuz olaraq gətirdikləri aşkar edilmişdir. Onlar həmin şəxslərə apardıqları əşyaların sənədini tələb etdikdə heç bir sənədləri olmadığını bildirmişlər. Eyni zamanda onlara yol verdikləri əməllərin qanunsuz olduğunu izah edən zaman hər biri uca səslə kobud formada nalayiq ifadələr işlədərək öz etirazlarını bildirmişlər. Daha sonra həmin şəxsləri məcburi şəkildə RPŞ-nə gətirərək barələrində qanuni tədbir görülməsi üçün NH-ə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 24 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə, saat 02:13-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2024-cü il tarixdə səs-küy salaraq ictimai qaydanı pozması faktı öz təsdiqini tapsa da, polis əməkdaşının və ya əməkdaşların qanuni tələbinə qəsdən tabe olmaması faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Şəxs yalnız xırda xuliqanlıq hərəkətlərinə görə- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 24 sentyabr 2024-cü il tarixdə ictimai yerdə xırda xuliqanlıq etmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olmadı. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları və onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 24 sentyabr 2024-cü il tarixdən saat 02:13-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-923/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-923/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver