Məhkəmə qərarları › İş №3(045)-930/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-930/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-930/2024 26.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonunun Milli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16 sentyabr 2024-cü il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-467/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs1 qalıq 2790 manat, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 888/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-yə qalıq 1100 manat, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1058/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MMC-yə qalıq 1800 manat, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2062/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənəsinə əsasən 2100 manat qalıq borcunu Zərərçəkmiş şəxs5 ödəməkdən qəsdən yayınır. Beləliklə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 26 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-467/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3500 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan başqa Kəlbəcər rayon məhkəməsinin 2(040)-888/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs2MMC-yə ödənilməlidir. Bundan başqa Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1058/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2865.40 manat pul və 30 manat rüsum alınaraq Zərərçəkmiş şəxs3MMC-yə ödənilməlidir. Bundan başqa Kəlbəcər rayon Məhkəməsinin 2(040)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 919 manat borc və 30 manat rüsum alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2100 manat pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilməlidir. Şəxs icra sənədində göstərilən tələblərin ödənilməsi üçün bildiriş verilmiş və borcların ödəməyi tələb edilmişdir. Lakin borclu bildiriş göndərilməsinə baxmayaraq ödənişi qismət etmişdir. Borclunun yeri məlum olmadığı üçün barəsində axtarış qərar qəbul olunmuş və polis əməkdaşları tərəfindən şöbəyə təqdim olunmuşdur. Şəxs qeyd olunan icra sənədləri üzrə Zərərçəkmiş şəxs1 2790 manat, "xxxx" MMC-yə 1100 manat, ’’Soliton LTD” MMC-yə 1800 manat, "xxxx" MMC-yə 949 manat və Zərərçəkmiş şəxs5 2100 manat qalıq borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, məhkəmənin qərarlarına əsasən ondan tutulmalı pulları pulu olanda ödəməkdədir. Onun ayda 700 manat gəliri vardır ki, onun da çox qismini ailəsinə xərcləmək məcburiyyətindədir.İcra sənədində olan borcu tam ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, icra sənədləri üzrə borcundan tam olmasa da bacardığı qədər, yəni 40-50 manat ödəyəcəkdir. O, polis tərəfindən Goranboy rayon İcra və Probasiya şöbəsinə gəlməsə də, polisin ona zəngindən sonra gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-467/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədidən görünür ki, Şəxs 3500 manat pul alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 181455/2021 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-467/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-888/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs2MMC-yə ödənilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1058/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 2865.40 manat pul və 30 manat rüsum alınaraq Zərərçəkmiş şəxs3MMC-yə ödənilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 919 manat borc və 30 manat rüsum alınaraq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2062/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2100 manat pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilməsi qərara alınmışdır; “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 sentyabr 2024-cü il tarixdən, saat 17:35-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar