Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-937/2024 14.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X5, İnzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs X3 iştirakları ilə, X5 Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23766951 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23766951 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, Goranboy rayon DYP-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23766951 saylı inzibati qərarını qanunsuz və əsassız hesab edir. Ona görə ki, ona məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlə bağlı Goranboy rayonuna gedərkən, rayon ərazisində Heydər Əliyev prospektində Təhsil şöbəsinin qarşısında avtomobilinin akumllyatorunda problem yarandığı üçün avtomobili işlək vəziyyətə gətirə bilməmişdir. Bu səbəbdən də usta çağırmaq qərarına gəlmişdir. O, usta çağırmağa gedərkən, avtomobilin qəza işıqlarını işə salmışdır. Avtomobilin yanından kənara getmişdir ki, ona “SMSradar” vasitəsilə cərimə yazıldığı məlum olmuşdur. Dərhal geriyə qayıtmışdır ki, cərimə yazan polis əməkdaşlarına nə üçün ona cərimə yazdıqlarını soruşsun. Lakin polis əməkdaşlarını bilməmişdir. Yenidən əsəbi halda usta çağırmağa getmişdir. Polis əməkdaşları tərəfindən ona cərimə yazılması əsassız və qanunsuzdur. Çünki həmin ərazidə parklanma yol nişanı yoxdur. Halbuki həmin ərazidə parklanma yol nişanı yoxdur və o usta çağırmaq üçün gedərkən, qəza işıqlarını yandırmışdır. Məhkəmə iclasında iştirak edən X2 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X4 izahatında bildirdi ki, onun tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə dəyişikliklər olmuşdur və həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 2 bal və 80 manat cərimə nəzərdə tutulmuşdur. Sözügedən avtomobil, yəni VAZ 211000 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanmaqla digər avtomobillərə hərəkət məhdudiyyəti yaratmışdır. Hətta yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən onun ikunci dəfə də həmin ərazidə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığını müşahidə etmişlər. Bu səbəbdən də bortkompüter vasitəsilə avtomobilin şəkillərini çəkməklə X5 barəsində onun tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23766951 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 23766951 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə X9 idarə etdiyi “VAZ 211000” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri, Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin kənarında, ikinci cərgədə saxlamaqla dayanma durma qaydalarını pozmuşdur. Buna əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən fotoşəkillərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə X9 idarə etdiyi “VAZ 211000” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhəri, Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin kənarında, ikinci cərgədə dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən - yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə eyni zamanda hesab ki, avtomobilin nasaz olması yol hərəkəti qaydalarını pozmağa əsas vermir. Belə olan halda, yəni avtomobil nasaz olarkən, sürücü tərəfindən avtomobilin yolun hərəkət hissəsindən hərəkətdə olmayan hissəsinə çəkilməsi üçün tədbirlər görülməlidir. Eyni zamanda şikayətçi avtomobilin nasaz olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23766951 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Goranboy RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 23766951 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-937/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-937/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver