Məhkəmə qərarları › İş №3(045)-938/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-938/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-938/2024 03.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhımmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Goranboy rayonu, Qaşaltı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, Goranboy rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyən, Goranboy rayonu Qaşaltı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 oktyabr 2024-cü il tarixdə daxil olmuş “Sübutların qiymətləndirilməsi barədə” Goranboy RPŞ-nin İB-nin müstəndiqi X2 03 iyul 2024-cü il tarixli qərarına əsasən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy RMX-nin ikinci mərtəbəsində dəhlizdə Zərərçəkmiş şəxs şillə ilə vuraraq döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, Gəncə şəhər sakini X6 07 fevral 2024-cü il tarixdə saat 13 radələrində Goranboy RMX-da ona “Relanium” adlı dərman preparatının verilməsini tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Goranboy RMXnin direktoru Şəxs qarşısında dayanaraq onu xidməti otağına getməyə qoymamışdır. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və Şəxs sonuncunu şillə ilə bir dəfə sağ üz nahiyəsindən vurmuşdur. Bununla bağlı Goranboy RPŞ-nin istintaq bölməsində araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 03 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızı özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Goranboy rayon Mərkəzi Xəstəxanasında dəhlizdə RMX-nın iki nəfər mühafizəçi ilə söhbət edən zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onu yumruqla sinə nahiyəsindən yumruqla vurduğu üçün o da sonuncuya qarşılıq vermişdir. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində onun kəskin ağrıları və qıcolması baş vermis, ona görə də o Goranboy Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada olan zaman xəstəxananın direktoru onun tələb etdiyi dərman preparatının verilməsinə icazə vermədiyi üçün aralarında mübahisə yaranmışdır. Həmin vaxt onlar qarşılıqlı olaraq bir birilərinə xəsarət yetirmişlər. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi barədə” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin İB-nin müstəndiqi X4 tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 124 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, ona görə onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində İXM-in 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar