Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-94/2024 06.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Qəbələ rayon DYPB-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon DYPB-nin polis kapitanı X4 TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ Rayon Yol Polis Şöbəsinin polis kapitanı X7 tərəfindən onun (X3) barəsində tərtib edilmiş, inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 17:20 radələrində Qəbələ rayonunda yerləşən 7 gözəl şəlaləsinin çıxışı olan yolda yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı **-GM-*** nömrəli avtomobillə ensiz yolla enişdən yoxuşa hərəkətdə olarkən, əks istiqamətdən, yəni yoxuşdan enişə sürətli şəkildə gələn “Mercedes Benz” minik markalı **-LU-*** nömrəli avtomobil öz zolağında deyil də, qarşı zolaqla hərəkət edərək ona məxsus avtomobili ilə toqquşaraq qəza törətmişdir. Qeyd edir ki, həmin sürücü yoxuşdan enişə doğru hərək etdiyi, yolun daralmasını daha yaxşı gördüyü, həmçinin artıq yoxuşa qalxdıqdan sonra yoxuşdan enişə doğru yolun bir avtomobil keçəcək qədər dar olduğunu bildiyi halda yüksək sürətlə gələrək hadisəni törətmişdir. Xüsusilə qeyd edir ki, sol zolaqda hərəkət etməmiş, qarşı zolaq olan sağ zolağa çıxmaqla yanaşı, toqquşmadan yayınmaq üçün öz zolağı olan sol zolağa doğru hərəkət etməsi əvəzinə sükanı sağ zolağa doğru istiqamətləndirmişdir. Eyni zamanda bildirir ki, onun hərəkət etdiyi istiqamətdə sağ tərəfdə uçurum var idi, bununla belə o ərazinin imkan verdiyi qədər sağ tərəfə tam sıxaraq hərəkət etmişdir. Onun zolağı ilə hərəkətdə olan avtomobil üçün isə öz zolağı tərəfində daha çox məsafəsi olduğu halda yol qaydalarının ziddinə sağ tərəflə hərəkət olmuşdur. Hadisəni törədən avtomobilin sürətinin çox yüksək olması yerdəki təxminən üç metrdən artıq olan “Mercedes Benz” minik markalı **-LU-*** nömrəli əyləc izindən görünür. Hadisə baş verən yolun asfalt hissəsi iki avtomobilin eyni anda hərəkətinə imkan verməsə də “Mercedes Benz” minik markalı **-LU-*** nömrəli avtomobilin hərəkət etdiyi istiqamətdə (yol hərəkət qaydalarına zidd olaraq sol zolaq deyil sağ zolaqda) yolun ona məxsus hissəsindəki sağ tərəfində yol çiyini mövcud olmuşdur. Lakin, digər sürücü yüksək sürətlə onun hərəkət etdiyi hissəyə keçdiyi üçün qəza qaçınılmaz olmuşdur. Sübut olaraq toqquşma baş verdiyi yeri, əyləc izini, yolun ümumi görüntüsünü, avtomillərin dayandığı vəziyyəti, qəza törədən avtomobilin sağ tərəfində kifayət qədər yer olmasının video çəkilişini etmiş (ərizəyə əlavə edilmiş fleş karta yüklənilmişdir). Hadisə ilə bağlı protokol, sonra isə qərar tərtib edən polis kapitanı X7 yanlış olaraq inzibati xətanı törətməkdə onu təqsirli bilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə ona 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq etmişdir. X8 qərarda İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş hallardan “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” xətasının törətdiyini qeyd etmişdir. Məhkəmə iclasından inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixində saat 17:20 radələrində Qəbələ rayonunda yerləşən 7 gözəl şəlaləsinin çıxışı olan yolda yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı **-GM-*** nömrəli avtomobillə ensiz yolla enişdən yoxuşa hərəkətdə olarkən, əks istiqamətdən, yəni yoxuşdan enişə sürətli şəkildə gələn “Mercedes Benz” minik markalı **-LU-*** nömrəli avtomobil öz zolağında deyil, qarşı zolaqla hərəkət edərək onun idarə etdiyi avtomobili ilə toqquşaraq qəza törətmişdir. Bu zaman hadisə yerinə Qəbələ RPŞ-nin DYPB-nin polis əməkdaşları gəlmişlər. Daha sonra onun avtomobilinə baxış keçirilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1-ci maddəsinin tələbini pozduğunu bildirərək barəsində protokol tərtib edilmişdir. Etiraz etməsinə baxmayaraq polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra həmin protokolu tərtib etmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yekunda məhkəmədən vermiş olduğu şikayət ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Qəbələ rayon DYPB-nin polis kapitanı X7 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 03 dekabr 2023-cü il tarixdə saat 17:20-də ““Mercedes Benz E220 CDİ” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 04 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) törədtiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Qəbələ şəhəri, Vəndam qəsəbəsi, 7 gözəl yolunda “Mercedes Benz E220 CDİ” minik markalı **-GM-*** nömrəli avtomobillə qarşıdan gələn “Mercedes Benz” minik markalı **-LU-*** nömrəli avtomobil toqquşaraq qəza törətmişdir; Fotoşəkillərə baxış keçirilərkən müəyyən olundu ki, “Mercedes Benz” minik markalı avtomobillərin dayanmış vəziyyətdə olmaları və asfalt örtüyün üzərində avtomobil şinlərinə məxsus izlər görünmüşdür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Qəbələ rayon DYPB-nin polis kapitanı X4 TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-in Qəbələ rayon polis şöbəsinin DYPB-nə həvalə olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Qanunun tələbindən göründüyü kimi manevr etmə yol vermənin tərkib hissəsidir və həmçinin özündə sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamamasını ehtiva edir. Sözügedən tələblərin pozulması isə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 17:20 radələrində Qəbələ rayonunda yerləşən 7 gözəl şəlaləsinin çıxışı olan yolda yol nəqliyyat hadisəsi baş vermişdir. X1 rayon DYPB-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, lakin buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmaqla İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin hallarından göründüyü kimi, yol nəqliyyat hadisəsi 03 dekabr 2023-cü il tarixdə baş vermiş və bu barədə Qəbələ rayon DYPB-nin polis kapitanı X7 tərəfindən 04 dekabr 2023-cü il, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra yəni, 04 dekabr 2023-cü il tarixdə Qəbələ rayon DYPB-nin polis kapitanı X7 tərəfindən X2 barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi İXM-in 124.4-cü maddəsinin tələblərinə ziddir. Yəni, bu halda sözügedən maddənin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli və müvafiq qərar yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Qəbələ rayon DYPB-nin polis kapitanı X7 tərəfindən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 və 51-ci maddələrinin tələblərinin hansı sürücülər tərəfindən pozulub-pozulmaması araşdırılmamış, "Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndində göstərilən yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, lakin hal şahidləri tərəfindən imzalanmamışdır. "Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə "Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə "Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir (Təlimata 18 nömrəli əlavə). Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Qəbələ RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon DYPB-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş X2 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması üçün Qəbələ RPŞ-nin DYPB-yə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon X10 Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Qəbələ rayon X11 Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-94/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-94/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver