Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-945/2023 09.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Goranboy rayonunun Şəfəq kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Goranboy şəhər, S.Civəzadə küçəsində yerləşən Goranboy RPŞ-nin inzibati binanın qarşısında mobil telefonla yüksək səslə kobud ifadələr işlətmiş və orada olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Goranboy RPŞ-nin inzibati binanın qarşısında küçədə nalayiq ifadələr işlətmiş və buna görə ona irad bildirən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində xidmətdə olan polis əməkdaşı Elnur Ağalarlı bir nəfər şəxsin Goranboy RPŞ-nin qarşısında telefonla uca səslə nalayiq ifadələr işlətdiyini görmüş, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Hüseynzadə ilə birlikdə adını sonradan bildiyi Şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Şəxs ictimai qaydanı pozmamağa, intizamlı olmağa və polisin qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, o, polisin tutduğu irada qeyri-səmimi münasibət göstərərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Şəxs ictimai qaydanı kobud şəkildə pozduğuna, cəmiyyətə nümayişkaranə şəkildə hörmətsizlik etdiyinə və onların qanuni tələblərinə tabe olmadığına və öz qərəzli hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən Goranboy RPŞ-yə gətirilmiş, lakin o, öz qərəzli hərəkətlərinə davam etdiyi üçün həmin tarixdə inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 13:10-da azad edilmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində polis əməkdaşı X13 Rayon Polis Şöbəsinin inzibati binasına gələn zaman şöbənin qarşısındakı küçədə bir nəfər şəxsin nalayiq ifadələr işlətdiyini görərək ona yaxınlaşmış və məlum olub ki, həmin şəxs Goranboy rayonu, Şəfəq kənd sakini Şəxsdur. Polis əməkdaşı ona etdiyi hərəkətə görə iradını bildirən zaman o, yüksək səslə inzibati qaydada tutulmağına görə narazılığını bildirən ifadələr işlətməyə davam etmişdir. Goranboy RPŞ-nin polis nəfəri dəfələrlə onu nizam intizama dəvət etsə də, Şəxs öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Buna görədə onun barəsində qanuni tədbir görülməsi məqsədilə yenidən Goranboy RPŞyə dəvət edilmişdir. Bundan əlavə Nəsibov X7 RPŞ-nin NBM-in qarşısında və növbətçi hissəsinin qarşısında olarkən öz qərəzli hərəkətlərini davam etdirməyə davam etmişdir. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolla özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində həmkəndlisi X3 Goranboy RPŞ-yə çağrıldığını eşitmiş və dərhal bu məsələni aydınlaşdırmaq üçün şöbəyə getmişdir. Goranboy RPŞ-nin inzibati binasının danışarkən tanımadığı bir şəxs ona yaxınlaşaraq özünü Goranboy RPŞ-nin polis əməkdaşı Elnur Ağalarlı olduğunu bildirmiş və ona ictimai yerdə uca səslə danışmamağı barədə öz iradını bildirmişdir. O da həmin an əsəbi olduğu üçün polis əməkdaşına kobud cavab vermiş və aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu dəfələrlə nizamintizama dəvət etsələr də, o, öz hərəkətlərinə davam etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər, lakin o, getməkdən imtina etmişdir. Eyni zamanda qeyd edir ki, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilmir, çünki o, azad olduqdan sonra heç bir tabesizlik və ya xuliqanlıq hərəkətləri etməmiş, polis əməkdaşının dedikləri həqiqəti əks etdirmir. Odur ki, məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində bir nəfər şəxsin Goranboy RPŞ-nin qarşısında telefonla uca səslə nalayiq ifadələr işlətdiyini gördmüşdür. O və Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Elvin Hüseynzadə ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək, şəxsiyyəti sonradan onlara məlum olan Şəxs ictimai qaydanı pozmamağa, intizamlı olmağa və polisin qanuni tələblərinə tabe olmağa dəvət etsələr də, sonuncu tutduğu irada qeyri-səmimi münasibət göstərərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Şəxs ictimai qaydanı kobud şəkildə pozduğuna, cəmiyyətə nümayişkaranə şəkildə hörmətsizlik etdiyinə və onların qanuni tələblərinə tabe olmadığına və öz qərəzli hərəkətlərini davam etdirdiyi üçün tərəfindən Goranboy RPŞ-yə gətirilmişdir. Bundan əlavə Nəsibov X7 RPŞ-nin NBM-in qarşısında və növbətçi hissəsinin qarşısında olarkən öz qərəzli hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkili X6 və Goranboy RPŞ-non PPXB-nün polis nəfəri X8 iş üzrə digər şahid X2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X11 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Goranboy Rayon Polis Şöbəsinin inzibati binasına gələn zaman şöbənin qarşısındakı küçədə bir nəfər şəxsin nalayiq ifadələr işlətdiyini görərək ona yaxınlaşmış və məlum olub ki, həmin şəxs Goranboy rayonu, Şəfəq kənd sakini Şəxsdur. O, ona etdiyi hərəkətə görə iradını bildirən zaman o, yüksək səslə inzibati qaydada tutulmağına görə narazılığını bildirən ifadələr işlətməyə davam etmişdir. O, dəfələrlə onu nizam intizama dəvət etsə də, Şəxs öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Buna görə də onun barəsində qanuni tədbir görülməsi məqsədilə Goranboy RPŞ-yə dəvət edilmiş, və o, Goranboy RPŞ-nin NBM-in qarşısında və növbətçi hissənin qarşısında olarkən öz qərəzli hərəkətlərini davam etdirməyə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkili Elnur Ağalarlı tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində bir nəfər şəxsin Goranboy RPŞ-nin qarşısında telefonla uca səslə nalayiq ifadələr işlətdiyini gördmüşdür. O və Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Elvin Hüseynzadə ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra şəxsiyyəti sonradan onlara məlum olan Şəxs ictimai qaydanı pozmamağa, intizamlı olmağa və polisin qanuni tələblərinə tabe olmağa dəvət etsələr də sonuncu tutduğu irada qeyri-səmimi münasibət göstərərək öz qərəzli hərəkətlərini davam etdirmişdir. Şəxs ictimai qaydanı kobud şəkildə pozduğuna, cəmiyyətə nümayişkaranə şəkildə hörmətsizlik etdiyinə və onların qanuni tələblərinə tabe olmadığına və öz qərəzli hərəkətlərini davam etdirdiyi üçün tərəfindən Goranboy RPŞ-yə gətirilmişdir. Bundan əlavə Nəsibov X7 RPŞ-nin NBM-in qarşısında və növbətçi hissəsinin qarşısında olarkən öz qərəzli hərəkətlərini davam etdirmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Goranboy RPŞ-nin İTB-nin polis nəfəri Emil Bayramov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:15 radələrində Goranboy rayon Polis Şöbəsinin inzibati binasına gələn zaman şöbənin qarşısındakı küçədə bir nəfər şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini görərək ona yaxınlaşmışdır. Məlum oldu ki, həmin şəxs Goranboy rayon Şəfəq kənd sakini Şəxsdur. O, Şəxs etdiyi hərəkətə görə iradını bildirən zaman o, yüksək səslə inzibati qaydada tutulmağına görə narazılığını bildirən ifadələr işlətməyə davam etmişdir. O, dəfələrlə sonuncunu nizam-intizama dəvət etsə də Şəxs öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Buna görədə onun barəsində qanuni tədbir görülməsi məqsədilə Goranboy RPŞ-yə dəvət etdirmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:08-də inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 13:10-da azad edilmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:40-da inzibati qaydada tutulmuşdur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 08 oktyabr 2023-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasında yaranmış mübahisə zamanı Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs oğıu tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 oktyabr 2023-cü il tarixli protokolun İXM-in 510-cu maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Məhkəmə MN seriyalı ******* nömrəli, 08 oktyabr 2023-cü il tarixli inizbati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi hissəsinə dair qeyd edir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs 08 oktyabr 2023-cü il tarixdə saat 13:15 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında sübuta yetirilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 və şahid qismində dindirilmiş Goranboy RPŞ-nin polis nəfəri X1 Saleh Nəsib oğlunun polisin qanuni tələblərinə qəsdən tabe olmamağını yalnız Goranboy RPŞ-nin inzibati binasının qarşısında yüksək səslə narazılığını bildirməsi kimi qiymətləndirmişlər. Bütün bu hallar isə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polisin göstərişinə baxmayaraq, inzibati qaydada tutulmasına yüksək səslə öz narazılığını bildirməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onun tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 oktyabr 2023-cü il tarixli protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Məhkəmə, eyni zamanda Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş digər MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair qeyd edir ki, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında küçədə səs-küy salmış və ünvansız nalayiq ifadələr işlətmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Şəxs hərəkətlərində, həmçinin polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama hallarının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Şəxs 06 oktyabr 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 2 (iki) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-945/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-945/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver