Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-956/2023 23.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC 25000.00 ABŞ dolları məbləğində vəsaiti 01 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 25000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 02 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Şəxs MMC tərəfindən "xxxx" ASCvasitəsilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan 25000 (iyirmi beş min) ABŞ dollar məbləğində vəsait hesabına ödəniş aparılmışdır. Lakin həmin ödəniş həyata keçirilərkən MMC-nin mühasibi texniki səhvə yol verərək ödəniş müqaviləsinin tarixini xx.xx.2020-ci il qeyd etməli olduğu halda, başqa tarix, yəni xx.xx.2021-ci il tarixli müqaviləni qeyd etmişdir. Bu səbəbdən ödənilmiş məbləğin bank tərəfindən bağlanması mümkün olmamışdır. Çünki gömrük bəyənnaməsinə ödənişin həyata keçirildiyi müqavilənin tarixi ilə bankda həyata keçirilmiş ödənişin müqavilə tarixi fərqlilik təşkil edir. Bununla bağlı Gəncə Gömrük İdarəsinə müraciət etsək də, məsələ öz həllini tapmamışdır. Eyni zamanda bildirdi ki, həmin vəsait xx.xx.2023-cü il tarixində alıcı firma tərəfindən Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. Bu halların nəzərə alınaraq məhkəmədən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Xarici valyutada köçürmələr üçün ərizəsi”ndən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-də olan hesabdan 25000.00 ABŞ dolları məbləğində pul vəsaiti “Sezer Tarım və X1. Tic. Ltd. Sti” şirkətinin hesabına köçürülmüşdür; "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir; "xxxx" ASC tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli müqavilə və 159852 nömrəli invoys əsasında 25000.00 ABŞ dolları vəsait SEZER TARİM VƏ SAĞİM TEKNOLOJİLERİ SAN. TİC. LTD. ŞTİ. firmasına köçürmə olmuşdur. Həmin vəsait xx.xx.2023-cü il tarixindən alıcı firma tərəfindən Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən son iki normanın məzmunundan da aydın olur ki, rezidentlər avans kimi xaricə pul vəsaitini köçürdükdə müəyyən edilmiş 2 (iki) il ərzində malların ölkəyə idxalını və ya müvafiq xidmətlərin icra edilməsini, bunlar mümkün olmadıqda isə qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təmin etməlidir. Eyni zamanda həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması anından törədilmiş hesab olunur. Qeyd olunan normaların hazırkı işin faktiki halları ilə uzlaşdırdıqda müəyyən edilir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avans yolu ilə xx.xx.2021-ci il tarixdə SEZER TARİM VƏ SAĞİM TEKNOLOJİLERİ SAN. TİC. LTD. ŞTİ. firmasına ödənilmiş 25000 (iyirmi beş min) ABŞ dolları valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə, yəni xx.xx.2023-cü il saat 23:59-dək müvafiq mallar idxal edilməmiş, işlər görülməmiş və ya xidmətlər göstərilməmiş, eyni zamanda sözügedən valyuta vəsaiti xaricdən geri qaytarılmamış, nəticədə Şəxs MMC İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin valyutanın qanunla müəyyən edilmiş müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə geri qaytarılması, Şəxs MMC-ni İXM-in 53-cü maddəsi baxımından törətdiyi inzibati xəta ilə bağlı məsuliyyətə cəlb olunmaqdan azad olunmasına və ya barəsində başlanmış icraata xitam verilməsinə əsas vermir. Beləliklə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Şəxs MMC 25000.00 ABŞ dolları məbləğində vəsaiti "Ziraat Bank Azərbaycan” ASC-də olan hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini, xidmətlərin göstərilməsini və ya işlərin görülməsini təsdiq edən sənədi nə vasitəçi banka, nə Mərkəzi Banka, nə də ki, məhkəməyə təqdim etməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 25000 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında 5000 ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-956/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-956/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver