Məhkəmə qərarları › İş №3(045)-971/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-971/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-971/2023 30.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 oktyabr 2023-cü il tarixdə Xocalı rayon Prokurorluğundan Şəxs İXM-in 327.1, 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “701” saylı hərbi hissəsində müddətdən artıq hərbi həqiqi hərbi xidmət edən hərbi qulluqçudur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.1, 327.8 və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair material Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir (inzibati xəta hadisəsinin Goranboy rayonunun Qaraçinar kəndində törədilməsi və Goranboy rayonunun Tərtər Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olması nəzərə alınmaqla). Belə ki, İXM-in: 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar; 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır; 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.8 və 328.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirləndirilməsinə dair materiallar aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar