Məhkəmə qərarları › İş №3(045)-979/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-979/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-979/2024 07.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə və Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 06 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən protokollar baxılması üçün 07 oktyabr 2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(0450-980/2024 saylı qərarı ilə MN seriyalı, ******* №-li, 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətalara dair iş üzrə icraatın MN seriyalı, ******* №-li, 06 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraat ilə birləşdirilməsi və bir icraatda baxılması qərara alınmışdır. MN seriyalı, ******* №-li, 06 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Şəxs Goranboy RPŞ-nin qarşısında ictimi qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. MN seriyalı, ******* №-li, 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində Şəxs atası X1 uca səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Goranboy RPŞ-nin müstəntiqi Fərid Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Med Life hospitalında oğurluq hadisəsi baş vermədiyi üçün göstərilən xüsusatla əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası X1 uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməsinə dair ******* №-li, 07 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə və xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Şəxs Goranboy RPŞ-nin qarşısında ictimi qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamasına dair MN seriyalı, ******* №-li, 06 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası X1 uca səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nin qarşısında uca səslə telefonda mübahisə etmiş, həmin zaman içkili olmuş, bu səbəbdən də ictimi qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməllərdən peşimandır. Əməlləri törətməsinin səbəbi son zamanlar onun həyatında baş verən hadisələr və kredit yükünün olması olmuşdur. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında ildirmişdir ki, Goranboy RPŞ-nin MH-nin məsul növbətçisi əvəzi polis baş leytenantı X10 RPŞ-nin rəhbərliyə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Həmçinin Goranboy RPŞ-nin müstəntiqi Fərid Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 07 oktyabr 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri işləyir, polis baş serjantıdır, Goranboy rayonu Zeyvə kəndində yaşayır. 2012-ci il tarixdən DİO-da, 2016-ci il tarixdən tutduğu vəzifədə işləyir. xx.xx.2024-cü il tarixdə post yoldaşı Murad Kərimov ilə birlikdə RPŞ-nin giriş hissəsində olan mühafizə postunda xidmət aparan zaman bir nəfər şəxsin səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Buna görə həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, həmin şəxs isə sərxoş olduğu üçün onlara yaxşı edib uca səslə nalayiq ifadə işlətdiyini bildirmişdir. Təkrar onu nizam intizama dəvət etsələr həmin şəxs qanuni tələblərə qəsdən tabe olmayaraq yenidən səs küy salmağa davam etmişdir. Buna görə də həmin şəxs saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilərək barəsində tədbir görülməsi üçün NH-yə təhvil verilmişdir. Həmin şəxsin Goranboy şəhəri C.Cabbarlı küçəsində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantıdır, hal-hazırda Goranboy rayonu Zeyvə kəndində pasport qeydiyyatında olmaqla yaşayır. 2011-ci il tarixdən DİO-da, 2020-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. xx.xx.2024-cü il tarixdə post yoldaşı Cəlil Xəlilov ilə birlikdə RPŞ-nin giriş hisəsində olan mühafizə postunda xidmət aparan zaman bir nəfər şəxsin səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşdür. Buna görə həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, həmin şəxs isə sərxoş olduğu üçün onlara yaxşı edib uca səslə nalayiq ifadə işlətdiyini bildirmişdir. Təkrar onu nizam intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq yenidən səs küy salmağa davam etmişdir. Buna görə də həmin şəxs tərəfindən saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilərək barəsində tədbir görülməsi üçün NH-yə təhvil verilmişdir. Həmin şəxsin Goranboy şəhəri C.Cabbarlı küçəsində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin giriş hisəsində olan mühafizə postunda xidmət aparan zaman bir nəfər şəxsin səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Buna görə həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, həmin şəxs isə sərxoş olduğu üçün onlara yaxşı edib uca səslə nalayiq ifadə işlətdiyini bildirmişdir. Təkrar onu nizam intizama dəvət etsələr həmin şəxs qanuni tələblərə qəsdən tabe olmayaraq yenidən səs küy salmağa davam etmişdir. Buna görə də həmin şəxs saxlanılaraq RPŞ-nin inzibati binasına gətirilərək barəsində tədbir görülməsi üçün NH-yə təhvil verilmişdir. Həmin şəxsin Goranboy şəhəri C.Cabbarlı küçəsində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 2024-cü ilin may ayında oğlu Şəxs Med Life hospitalın işlərini tək başına etməyə başlamış və bununla bağlı problemləri yaranmağa başlamış, Nicat ona hospitalın yerləşdiyi qeyriyaşayış sahəsini onun adına keçirməsini demiş, lakin o, bunu etmədikcə Nicat hər gün onu narahat etmiş, evdə onunla münaqişə yaratmış, onu söyüb-təhqir etmiş və sözlə öldürəcəyi ilə hədələmişdir. 12 may 2024-cü il tarixdə saat 15-16 radələrində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan zaman Nicat sərxoş vəziyyətdə evə gəlmiş, onunla münaqişə yaradaraq onu uca səslə nalayiq ifadələrlə söyüb-təhqir edərək Med Life hospitalın yerləşdiyi qeyri-yaşayış sahəsini ona bağışlamasını demiş, o, Nicata “verməyəcəm, sən düzgün yolda deyilsən, sənə etibar etmirəm” demiş, buna görə də Nicat yenə də onu nalayiq ifadələrlə söyüb-təhqir edərək sözlə öldürəcəyi ilə hədələmiş, lakin həmin vaxt orada olan ailə üzvləri Nicatı ondan aralamışlar, bundan sonra o, Nicatın sakitləşmədiyini görüb bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, Nicatın onu öldürəcəyi ilə hədələməsini bildirmişdir. Oraya gələn polis əməkdaşlarına bu barədə şikayət ərizəsi yazmış, bundan sonra polis əməkdaşları Nicatı rayon polis şöbəsinə dəvət etmişlər, lakin Nicat həmin vaxtda onun üzərinə hücum çəkərək onu öldürəcəyi ilə hədələyərək, nalayiq ifadələrlə söyüb-təhqir etmişdir. Lakin həmin vaxt o, Nicata qarşı heç bir nalayiq ifadə işlətməmiş, polis əməkdaşları Nicatı rayon polis şöbəsinə aparmışlar. Oğlu düzgün yolda deyildir, onun əlindən hara getmək lazım olduğunu bilmir. Oğlu onu daim hədələyir, artıq rayonda onun əlindən rahat yaşaya bilmir. İş materiallarında olan inzibati xəta haqqında sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli prokoldan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:47-də inzibati qaydada tutulmuşdur; Məhkəmə tutma protokolunda qeyd edilmiş xx.xx.2024-cü il tarixə dair qeydi texniki yalnışlıq kimi qiymətləndirir və iş materiallarıəndan da göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:47-də inzibati qaydada tutulmuşdur; İş materiallarında olan X6 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, polis şöbəsinin giriş hissəsində olan mühafizə postunda xidmət aparan zaman 1 (bir) nəfər şəxsin səs-küy salaraq ucadan ünvansız nəlayiq ifadələr işlətməsini görmüşlər. Bundan sonra həmin şəxsə yaxınlaşıb onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs sərxoş olduğundan bizim qanuni tələblərinə qəsdən tabe olmayaraq yenidən səs-küy salıb ünvansız nəlayiq ifadələr işlətməyə davam etmişlər. Bundan sonra həmin şəxs saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Orada həmin şəxsin Goranboy şəhər C.Cabbarlı küçəsində yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan video görüntü olan bir ədəd diskdə olan görüntüdən müəyyən olunur ki, Şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində atası X4 ilə uca səslə münaqişə edir, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib onu təhqir edir və sözlə öldürəcəyi ilə hədələyir. Məhkəmə MN seriyalı, ******* №-li, 06 oktyabr 2024-cü il tarixli və ******* №-li, 07 oktyabr 2024-cü il tarixli protokolları tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halı nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs etdiyi əməli etiraf edib peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində əməli sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası X1 uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nin qarşısında ictimi qaydanı pozaraq, polisin qanuni tələblərinə tabe olmamaqla törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti ağırlaşdıran halı nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası X1 uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nin qarşısında ictimi qaydanı pozaraq, polisin qanuni tələblərinə tabe olmamaqla törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 02:47-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar