Məhkəmə qərarları › İş №3(045)-998/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-998/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-998/2023 03.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayonu YPX-nin inspektoru X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy RPŞ-nin polis nəfəri işləyən, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy Rayonu YPX-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 27 oktyabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “Mersedes” markalı **-CZ-*** dölət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayonu Heydər Əliyev prospektində hərəkətdə olan zaman qarşıda olan “Hyundai Sonata” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsi qaydasını pozmuş və həmin avtomobili arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç bir xəsarət alan olmasa da, zərərçəkmişə maddi zərər dəymişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Nəticədə Şəxs barəsində İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayonu YPX-nin inspektoru X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Mersedes” markalı **-CZ-*** dölət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Goranboy rayonu Heydər Əliyev prospektində hərəkətdə olan zaman qarşısında olan “Hyundai Sonata” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsi qaydasını pozmuş və həmin avtomobili arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç bir xəsarət alan olmasa da, zərərçəkmişə maddi zərər dəymişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Nəticədə Şəxs barəsində İXM-in 327.1, 332.1 və 332.4cü maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və 332.4-cü maddəyə münasibətdə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mersedes” markalı **-CZ-*** dölət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayonu Heydər Əliyev prospektində hərəkətdə olan zaman qarşısında olan “Hyunda Sonata” markalı **-ED- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ara məsafəsi qaydasını pozmuş və nəticədə həmin avtomobili arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç bir xəsarət alan olmamış, lakin zərərçəkmişin avtomaşınına zərər dəymişdir. Hal-hazırda dəymiş zərəri ödəmişdir. Onun sürücülük hüququ yoxdur. Əlavə olaraq bildirmişdir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır və polis nəfəridir. Törətdiyi əməldən peşmandır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti və tələbi yoxdur. Buna dair ərizəsini məhkəməyə təqdim etdi.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli alkotesterin nəticəsindən görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; Goranboy RPŞ-nin DYPB-nin X3 çıxarışından görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur; BD seriyalı 194963 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir; BD seriyalı 436752 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs mülkiyyətindədir; “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs vətən müharibəsi iştirakçılığına görə 80 manat müavinət alır; AZ 71317 nömrəli xidməti vəsiqədən görünür ki, Şəxs Goranboy RPŞ-nin polis nəfəridir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 oktyabr 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Mersedes” markalı **-CZ-*** dölət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan “Hyundai” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar