Məhkəmə qərarları › İş №3(046)-1/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1/2021 08.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 334.3-cü maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi 28.01.2020-ci ildə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 28.01.2020-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur.Bundan başqa Şəxs barəsində İXM-nin 334.3-cü maddəsi ilə tərtib edilmiş protokola əsasən Şəxs 28.01.2020-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, 28.01.2020-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 28.01.2020-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayonu Xəlitli kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyinə görə Zərərçəkmiş şəxs maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 84 nömrəli rəydən görünür ki, Şəxs inzibati xəta törədərkən anlaqlı olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesaba edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Lakin Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilməsində 1 il, 334.3-cü maddəsi ilə tərtib edilmiş protokoldan 3 ay müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cü maddəsi ilə 28.01.2020-ci il tarixli və İXM-nin 334.3-cü maddəsi ilə 29.01.2020-ci il tarixli protokollar üzrə icraat materialına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128-130, 131-134- 137-ci qərara aldı: Şəxs brəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilı 28.01.2020-ci il tarixli və İXM-nin 334.3-cü maddəsi ilə 29.01.2020-ci il tarixli protokol üzrə icraat materialına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar