Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1/2023 09.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X2nun iştirakı ilə, X5 X11 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X1 Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini belə əsaslandırmışdır ki, 15 dekabr 2022-ci il tarixdə saat 01:24də özünü pis hiss etdiyi üçün etibarnamə əsasında idarə etdiyi TOYOTA PRİUS (Hibrid) markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Avtovağzalın yaxınlığında saxlayaraq avtomobilində əyləşmişdir. Təxminən yarım saat sonra PPX-nin əməkdaşları ona yaxınlaşmış, burada nə etdiyini soruşduqda onlara xəstə olduğu üçün özünü pis hiss etdiyini bildirmiş, buna baxmayaraq polis əməkdaşları ona yardım göstərməyərək YPX-nin əməkdaşlarını oraya çaxırmışdır. Daha sonra YPX-nin əməkdaşı onu məcburi qaydada Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən sərxoşluğu yoxlama məntəqəsinə gətirmiş, ondan alkotestere üfürməyini tələb etmişdir. Polis əməkdaşına nəfəs verməkdə çətinlik çəkdiyini sərxoşluq analizinin qanından götürülməsini xahiş etmişdir. YPX-nin əməkdaşı sözlərinə məhəl qoymayaraq ona qarşı zorakılıq etmiş və o, xəstəliyi ilə əlaqədar olaraq huşunu itirmiş, ayıldıqda YPX-nin əməkdaşı onu məntəqədə qoyaraq oranı tərk etdiyini, bir neçə saat huşsuz vəziyyətdə məntəqədə qaldıqdan sonra tanımadığı şəxslərin ona təcili tibbi yardım çağırdığını bilmişdir. Hesab edir ki, YPX-nin əməkdaşı onu avtomobil dayanıqlı vəziyyətdə olarkən yaxınlaşmış və onu avtomobil idarə edərkən saxlamamışdır. Buna görə də X11 Xidmətinin əməkdaşı X4 onun barəsində tam əsassız olaraq sərxoş olmaya-olmaya protokol tərtib etmiş və onun əsasında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən X11 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqan (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş DVD disk video görüntülərindən X5 xx.xx.2022-ci il tarixdə saat 01:24-də Bakı-Quba yolunun 7.4-cü km-də TOYOTA PRİUS (Hibrid) markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırdığı, saat 02:45-də PPX-nin əməkdaşlarının ona yaxınlaşdıqda avtomobili hərəkət etdirərək yolun kənarında saxladığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2/41156 nömrəli "sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 olub-olmamasını müəyyən etməsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə saat 08:05-də Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 166 saylı ərazidə TOYOTA PRİUS (Hibrid) markalı **- BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə və aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 343.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə saat 08:05-də Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 166 saylı ərazidə TOYOTA PRİUS (Hibrid) markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərkən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə və aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin araşdırılmış hallarından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə saat 08:05-də Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, 166 saylı ərazidə TOYOTA PRİUS (Hibrid) markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxosluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinə və aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X7 tərəfindən 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X7 həmin vaxt Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Məhkəmə baxışı zamanı X1 Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, X2 tərəfindən X11 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. X5 X11 Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-1/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver