Məhkəmə qərarları › İş №3(046)-1/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1/2024 28.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Аzərbаycаn Rеspublikаsının İХM-in 206-cı mаddəsi ilə nəzərdə tutulmuş inzibаti хətаnı törətməsinə dаir Bakı şəhəri Sabunçu rayon Polis idarəsindən dахil оlmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən еtdi : Şəxs haqqında Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində narkotik vasitə olan marixuananadan istifadə etmişdir. Məhkəmə iclası təyin edilərək məhkəmə iclasının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs SMS xəbərdarlıq vasitəsi ilə məlumat verilmiş, lakin Şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməkdən boyun qaçırmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs Göyçay rayon məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Lakin keçən müddət ərzində Şəxs məcburi gəitirilməsi təmin edilməmişdir. Buna görə də Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraat təzələnmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda narkotik vasitədən istifadə etmişdir. İnzibati materiala əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 07.03.202.3-cü il tarixli 1313 №-li rəyindən görünür ki, Şəxs tibbi müayinədən keçməsinə dair xx.xx.2023-cü il tarixli 1143 nömrəli akt əsasən onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs tərəfindən Sabunçu RPİ-nin 13-cü PB-də verilmiş izahatdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonunda narkotik vasitə qəbul etdiyi bildirmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs inzibati xətanı törətməsindən dörd ay müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraat materialına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 128-130, 131-134-137-ci mаddələrini rəhbər tutаrаq, qərаrа аldı : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2022ci il tarixli MN ******* nömrəli protokol üzrə icraat materialına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar