Məhkəmə qərarları › İş №3(046)-10/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-10/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-10/2025 13.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşqul olan, Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy.Yusifbəyli küçəsi ev 15qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.4, 342.2.2 və 346.3-cü maddələri ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333-1.4, 342.2.2 və 346.3-cü maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində Mercedens Benz markalı **- XD-*** dövlət nömrə nişanlı mikro avtobusu narkotik vasitənin təsiri altında vəziyyətdə idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində Mercedens Benz markalı **-XD-*** dövlət nömrə nişanlı mikro avtobusu idarə edərkən yol patrul xidmətinin əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində xx.xx.2025-ci il tarixdə tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibi müayinə aktından görünür ki, Şəxs oğlynyn bioloji mühitində narkotik vasitə aşkar edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.4, 342.2.2 və 346.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 342.2.4. nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görəyüz əlli manat məbləğində cərimə edilir. 346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə – yüz manat məbləğində cərimə edilir. 333-1.4. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində Mercedens Benz markalı **-XD- *** dövlət nömrə nişanlı mikro avtobusu narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM 333-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.4-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona 01 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası inzibati həbsə dair hissədə Göyçay rayon Polis Şöbəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair hissədə Yevlax 7 saylı X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar