Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1010/2024 12.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay şəhəri H.Əliyev prospekti ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-ci maddəsi ilə Göyçay rayonu Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən idarə etdiyi VAZ 2106 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində yolun sağ hissəsində dayanmış Mercedes Benz markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobildə əyləşən sərniş Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Göyçay şəhəri Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən idarə etdiyi VAZ 2106 markalı **-BS-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etmiş, idarə etməni itirərək Mercedes Benz markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmışdır. Baş vermiş hadisə zamanı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərmişdir ki, qeyd edilən yolnəqliyyat hadisəsi zamanı Mercedes Benz markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Şəxs idarə etdiyi avtomobil toqquşarkən bədən xəsarətləri almışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Heç bir şikayəti və tələbi yoxdur. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 idarə etdiyi avtomobili sərxoş vəziyyətdə sürcülük hüququ olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışdır. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-1010/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1010/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver