Məhkəmə qərarları › İş №3(046)-1012/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1012/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1012/2024 23.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmi Yaşar qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi Nümayəndə Talib oğlunun iştiraki ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran RŞ-nın rəis müavini X4 tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran RŞ-nın rəis müavini X4 tərəfindən 02 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə AR İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs kimi 3000 (üç min) manat cərimə edilmişdir. Barəsində qəbul edilmiş qərar düzgün tərtib edilməmiş, qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda qərarda vəzifəli şəxs kimi göstərilmişdir. Lakin istifadəsində olan VÖEN-nin (**********) fəaliyyət istiqaməti alqı-satqı yox sərinişin daşınması ilə bağlıdır. Belə ki, qarpızın pərakəndə satılmasının həmin VÖEN-lə əlaqəsi yoxdur. Bu halda qərarda vəzifəli şəxs kimi göstərilməyi qanunvericiliyin tələblərinə ziddir.Buna görə də barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X1na məlumat verilməsinə baxmayaraq, X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə X1nun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi Nümayəndə Talib oğlu izahat verərək göstərmişdir ki, Göyçay rayon prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrü icraatın başlanması haqqında qərara əsasən müəyyən edilmişdir ki, Fiziki şəxs X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq Göyçay şəhəri N.Nərimanov küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən avtomobil yolunun kənarında X7 qarpız məhsulunun satışı işinin icra edilməsi uçun onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək xx.xx.2024-cu il tarixə kimi 5 gun müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu satıcı işinin yerinə yetirilməsinə cəlb etmişdir. Qeyd edilən qərara əsasən xx.xx.2024-cü il tarixdə X6 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir.İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikası İXM-ın 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material şəxsin barəsində inzibatı tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması uçün Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Mudafiəsi Nazirliyinə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə X6 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 şəhəri N.Nərimanov küçəsi ilə Atatürk küçəsinin kəsişməsində yerləşən avtomobil yolunun kənarında X7 qarpız məhsulunun satışı işinin icra edilməsi uçun onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək xx.xx.2024-cu il tarixə kimi 5 gun müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onu satıcı işinin yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında iş üzrü icraatın başlanması haqqında Göyçay rayon Prokuroru tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş, qərar və toplanmış material şəxsin barəsində inzibatı tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması uçün Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Mudafiəsi Nazirliyinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran RŞ-nın rəis müavini X4 tərəfindən X6 haqqında 02 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. E-məhkəmə sistemi çıxarışından görünür ki, X6 vəzifəli şəxsdir, xx.xx.2024-cü ıl tarixdən ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. VÖEN aktivdir. Göründüyü kimi X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və O, vəzifəli şəxs hesab edilir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran RŞ-nın rəis müavini X4 tərəfindən qəbul edilmiş 02 dekabr 2024cü il tarixli MN ******* saylı qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassız və təmin edilməmlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran RŞ-nın rəis müavini X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat inzibati qaydada cərimə edilməsi barədə qəbul edilmiş MN ******* saylı 02 dekabr 2024-cü il tarixli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar