Məhkəmə qərarları › İş №3(046)-1015/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1015/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1015/2024 26.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşa qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24948830 saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24948830 saylı inzibati xəta haqqında qərarının ləğv olunmasını və barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 07.12.202-cü il tarixli EQ 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas xx.xx.2024-cü il tarixdə saat 17:31 radələrində Xızı rayonu Giləzi kəndi ərazisindən Bakı istiqamətində hərəkətdə olarkən «Mersedes-Benz Atego 1828 yük» markalı, ** EK *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşaraq, idarə etmişdir. Aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexinin sahibi tərəfindən verilmiş sifariş əsasında Şabran rayonu ərazisində yerləşən "xxxx" MMC-dən 16 ton un məmulatları yükləyərək, sifarişçinin dediyi ünvana çatdırmışdır. "xxxx" MMC-dən sifariş verilən un məmulatlarını yükləyib qurtardıqdan sonra, həmin MMC-nin əməkdaşları yüklə birlikdə nəqliyyat vasitəsini tərəzidə çəkmiş və bu barədə ona qəbz təqdim etmişdir. Həmin qəbzdən görünür ki, maşınla birlikdə ümumi çəki 25.870 kiloqramdır. 16 tonu həmin çəkidən çıxdıqdan sonra, nəqliyyat vasitəsinin öz çəkisi 9.87 ton olmuşdur. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə, fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin 3-cü bəndinə əsasən aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 ton icazə verilən ümumi kütlə müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, guya idarə etdiyi nəqliyyat vasitəsinin ümumi çəkisi 28010 kq olmuşdur. Halbuki, şikayətinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş qəbzdən görünür ki, idarə etdiyi nəqliyyat vasitəsinin ümumi çəkisi 25.870 kiloqram olmuşdur. Belə olan halda, Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi qanuni və əsaslı olmamışdır.Buna görə də barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarından şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati materiala əlavə edilmiş BA seriyalı 209641 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Atego 12828” markalı furqon tipli **-EK- *** dövlət qeydiyyat nişanlı X4 məxsus nəqliyyat vasitəsi üçün icazə verilmiş maksimal kütlə 27000 kq olaraq müəyyən edilmişdir. İnzibati materiala əlavə edilmiş İnzibati tənbeh vermə haqqında 07 dekabr 2024-cü il tarixli, EQ 24948830 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Bakı şəhəri, 7 iyul 2009-cu il tarixli 104 nömrəli Qərarının 3-cü bəndində qeyd edilən 2 nömrəli cədvəldə aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalet asqı ilə təchiz olunmuş iki çüt təkərdən ibarət olan avtomobil üçün icazə verilən kütlə 26 ton, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki çüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobillərə icazə verilmiş yük ümumi kütlə 32 ton müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmış və şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, X5 qanuni istifadəsində olan, "Atego 12828” markalı furqon tipli **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə rəsmi olaraq 27.000 kq yük daşımağa icazə verilmişdir. İnzibati materiala əlavə edilmiş EQ 24948830 saylı qərardan çıxarışdan görünür ki, X5 "Atego 12828” markalı furqon tipli **-EK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qanunla icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (idarə etdiyi avtomobilə icazə verilmiş kütlə 27.000 kiloqram), yəni 28.010 kiloqram kütlə ilə idarə etmişdir. Göründüyü kimi 07 dekabr 2024-cü il tarixdə X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24948830 saylı qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X3 şikayəti əsassız və təmin edilməmlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat inzibati qaydada cərimə edilməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24948830 saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar