Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1017/2024 27.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Şikayət verən şəxs X4 və qərarından şikayət verilmiş şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Aparatının nümayəndəsi X5 iştirakı ilə, X1 Ağdaş rayon İcra hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon İcra hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu Ərəb kəndində yerləşən torpaq sahəsində qanunsuz süni göl və tikinti işləri apararaq, Azərbaycan Respublikası İXM-nin 395.1 -ci maddəsinin tələblərini pozmuşdur. Ağdaş rayonu İcra Hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib, 800 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin protokol və protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur. Buna görə də Ağdaş rayonu İcra Hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 395.1 ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi inzibati məsuliyyətə səbəb olur. Halbu ki, o, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi olmadan süni göl və tikinti işləri aparmamış, həmin ərazidə suvarma üçün quyu qazılaraq hovuz yaradılmışdır. Əlavə olaraq bildirir ki, Ağadaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi X9 tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərəkən ona heç bir məlumat verilməmiş, protokolla tanış olmamış, onu yerinə imza çəkilərək saxtakarlığa yol verilmişdir. Buna görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı qərarından şikayət verilmiş şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Aparatının nümayəndəsi X10 izahatında bildirmişdir ki, Ağdaş rayon İcra Hakimiyyətində inzibati komissiya fəaliyyət göstərir. Ağdaş rayon polis şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətallar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar göndərilmiş, göndərildikdən sonra X8 dəvət olunmuş, protokolla tanış olarkən razılaşmayaq düzgün tərtib olunmadığını bildirmişdir. Əlavə olaraq ona bildirilmişdir ki, barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərardan şikayət verilə bilər. Daha sonra ona həmin maddəyə əsasən aşağı həddə cərimə tətbiq olunmuşdur. X4 şikayəti üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətçinin və qərarından şikayət verilmiş şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Aparatının nümayəndəsinin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X1 şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, onun barəsində olan Ağdaş rayon İcra hakimiyyətinin İnzibati Komissiyasının sədri X5 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X6 13 noyabr 2024-cü il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Ərəb kəndində yerləşən torpaq sahəsində qanunsuz süni göl və tikinti işləri apararaq barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağdaş rayon İcra Hakimiyyətinin Başçısı Aparatının nümayəndəsi X10 tərəfindən qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 rayonu, Ərəb kəndi ərazisində qanunsuz tikinti işləri apardığına görə o, Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat inzibati qaydada cərimə edilmişdir. Memarlıq Planlaşdırma Layihəsindən görünür ki, X4 Ağdaş rayonu Ərəb kəndində 1 mərtəbəli qeyri-yaşayış obyektinin inşa edilməsi üçün EL-287/2024 saylı, xx.xx.2024-cü il tarixli Lisenziya alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konustitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konustitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasına dair 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüqüqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüquqlarına malikdir. Hec kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindan məhrum edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-cı maddələrində mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hansı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmaması göstərilmişdir. Həmin qanuna əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Memarlıq Planlaşdırma Layihəsindən görünür ki, X4 Ağdaş rayonu Ərəb kəndində inşa etdirdiyi 1 mərtəbəli qeyri-yaşayış obyektinin hədləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-ci maddələrində nəzərdə tutulmuş hədləri keçmədiyindən icazə tələb olunmayan tikililərə aiddir. Eyni zamanda X7 tikilinin qadağan edilməsi ilə bağlı hər hansı bir şifahi və rəsmi qaydada məlumat verilməmiş, bunun əksini sübut edən hər hansı bir sənəd də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutulmasını, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən X4 həmin ünvanda inşa etdirdiyi tikinti işlərinin aparılmasına icazə tələb olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, X8 həmin ünvanda tikili inşa etdirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Bundan başqa məhkəmə baxışı zamanı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, onun hərəkətlərində inzibati xəta tərkibinin olması da müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) Ağdaş rayon İcra hakimiyyətinin İnzibati Komissiyasının sədri X10 tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat inzibati qaydada cərimə edilməsi barədə qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Аzərbаycаn Respublikası İnzibeti Xətаlаr Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Ağdaş rayon İcra hakimiyyətinin İnzibati Komissiyasının sədri X10 tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək, 800 manat inzibati qaydada cərimə edilməsi barədə qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-1017/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1017/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver