Məhkəmə qərarları › İş №3(046)-1021/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-1021/2024

21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-1021/2024 21.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Göyçay Rayon Məhkəməsinə 21 dekabr 2024-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə 20 dekabr 2024-cü il tarixdə, saat 14 radələrində Şəxs Göyçay şəhəri, M.Muradov küçəsində PPXB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığı və hərəkətlərində qeyri-dəqiqlik olduğu üçün rayon polis şöbəsinə gətirilmiş, müayinə olunmuş, müayinə zamanı narkotik vasitə olan metamfetamin və heroin aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3, 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı. İnzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz laraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir. Buna baxmayaraq protokolu tərtib etmiş şəxs Şəxs tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını, orqanizmində aşkar edilmiş psixotrop maddənin təxmini istehlak tarixini müəyyən edən həkim-ekspert komissiyasının rəyini inzibati xəta haqqında protokola əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar