Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-1023/2024 23.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay şəhəri, X4 küçəsi, ev 42-də qeydiyyatda olan. (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 23 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs borclu olduğu puldan bu günədək 3600 manat ödəniş etmiş, 3035 manat 50 qəpik borcu qalmışdır. Şəxs sonuncu dəfə borcundan 2024-cü ilin avqust ayında 1000 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə bağlı Şəxs Göyçay rayon icra və probasiya şöbəsinə çağırılmış, borcunu tamamilə ödənilməsi bildirilmiş, Şəxs maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməyəcəyini, borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Tərəflər arasında razılıq əldə olunmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə borcunu tam şəkildə ödəməyə imkanı çatmır. Həmin borcu mərhum atasının xəstəliyi ilə əlaqədar uzaq qohumu olan tələbkar Zərərçəkmiş şəxs hissə-hissə almışdır. Borcundan bacardığı qədər ödəniş etsə də, tam ödəməyə bilməmişdir. Sonuncu dəfə məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə hər ay 250 manat borcun ödənilməsi ilə bağlı razılığa gəlmiş, həmin məbləği maddi imkanı olmadığı üçün ödəyə bilməmiş, lakin borcundan davamlı olaraq 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs sonuncu dəfə məhkəmə iclasında ərizə yazaraq ona olan borcundan hər ay 250 manat ödəniş etməsini bildirsə də, o növbəti aylarda söz verdiyi kimi hər ay 250 manat ödəniş etməmiş, borcundan ödənilməsində süründürməçiliyə yol vermişdir. Şəxs məhkəmə qərarından sonra bugünədək borcundan iyul ayında ödədiyi 150 manat daxil olmaqla 1000 manat ödəniş etmişdir. O, Bakı şəhərində yaşadığı üçün hər dəfə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə gətirilən vaxt məhkəmə iclasında iştirak edə bilmir. Borcun ödənilməsini tələb edir. Əks halda borclu Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 07 fevral 2023-cü il il il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Zərərçəkmiş şəxs olan 6550 manat puldan hər ay 200 manat olmaqla 2600 manat pul ödədiyini, qalan borcu tam şəkildə ödəməyə maddi imkanının olmadığını, hər ay 150-200 manat ödəniş etməklə hissə-hissə ödəyəcəyin bildirmişdir. Ödəniş qəbzlərindən görünür ki, Şəxs borclu olduğu puldan xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə isə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddənin tərkib əlamətləri mövcüddür. Belə ki, borclu Şəxs sonuncu dəfə məhkəmə iclasında ərizə yazaraq borclu olduğu puldan hər ay zərərçəkmiş şəxsə 250 manat ödəniş etməsini bildirsə də, söz verdiyi kimi qeyd olunan məbləği ödəməmiş, keçən müddət ərzində icra sənədinin icra olunması istiqamətində çətinliklər yaradaraq borcun ödənilməsində süründürməçiliyə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-1023/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-1023/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver