Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-104/2023 08.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Bakı şəhər Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmiş, lakin 3 ay müddət keçməsinə baxmayaraq cəriməni ödəməmişdir. Məhkəmə hesab edir ki, təritib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş İnzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş tələblərin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. E-məhkəmə sistemi çıxarışından görünür ki, Şəxs Bakı şəhəri Nəsimi rayon Mərdanov Qardaşları küçəsi ev 117, mənzil 5-də qeydiyyatdadır. Göründüyü kimi inzibati xəta haqqıdan icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nəsimi rayonunda qeydiyyatdadır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə materiala aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmamlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati icraat başlanarkən onun İXM-də təsbit olunmuş, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq prinsipi pozulduğundan inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Bakı şəhər Nəsimi rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu üzrə material Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-104/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-104/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver