Məhkəmə qərarları › İş №3(046)-107/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-107/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-107/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çayarxı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri Ə.kərim küçəsi ilə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 21013 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamət hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı H584AC73 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri Ə.kərim küçəsi ilə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi VAZ 21013 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamət hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı H584AC73 dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 337.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Məhkəməyə təqdim edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, VAZ 21074 markalı H584AC73 nömrə nişanlı avtomobilə 333 manat maddi ziyan dəymişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən VAZ 21074 markalı H584AC73 nömrə nişanlı avtomobilə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nın 337.2 və 332.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 327.2 və 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar