Məhkəmə qərarları › İş №3(046)-108/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-108/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-108/2021 05.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, X5 və Texnologiya kollecində ilk peşə üzrə müəllim, subay, Göyçay şəhəri H.Hacıyev küçəsi ev 91-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X2 tərəfindən xx xxxxx 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1574/2020 saylı icra vərəqəsinə əsasən tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Rəsul qızının xx.xx.2013-cü il tarixdə anadan olmuş nəvələri X3 ilə görüşüb ünsiyyətdə olmaqlarını təmin etməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1574/2020 saylı icra vərəqəsinə əsasən azyaşlı oğlunun tələbkarlar ilə görüşüb ünsiyyətdə olması qət edilmişdir. Azyaşlı oğlu baba və nənəsi ilə görüşüb ünsiyyətdə olmaq istəmir, bununla bağlı icra məmurları dəfələrlə onun yaşadığı evə dəfələrlə gəlmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, 24.01.201, xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1574/2020 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs Göyçay rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, lakin Şəxs müxtəlif bəhanələrlə şöbəyə gəlməkdən boyun qaçırmışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1574/2020 saylı icra vərəqəsi üzrə azyaşlı oğlu X1 tələbkarlarla ünsiyyətdə olmasına şərait yaratmamaqla Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1.-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar