Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-11/2025 13.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Minsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, e-2(046)- 1460/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik və 111 manat 41 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs icra qeydləri üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 13 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, e-2(046)-1460/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik və 111 manat 41 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra borcluya icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş rəsmi qaydada göndərilmişdir. Hal-hazırda Şəxs borcu 6832 manat 81 qəpik təşkil edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs MMC işlə bağlı şikayətçidir. Borclu Şəxs barəsində axtarış qərarı verilmiş, lakin Şəxs könülü şəkildə icra şöbəsinə yaxınlaşaraq axtarışda olduğunu bildirmiş, onlar tərəfdən ona borcun ödənilməsi ilə bağlı tələb irəli sürülmüş, lakin Şəxs borcunu ödəməmişdir. Daha sonra tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, 2023-cü il avqust ayından etibarən elektron icra informasiya sistemində Şəxs iş yeri aşkar edilmişdir. Bu səbəbdən həmin icra sənədinin icra olunması üçün "Araz Supermarket" X2 göndərilmiş, gəlirindən 50 % tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilmişdir. Sonradan Şəxs əmək müqaviləsinə xitam verilmiş, bu səbəbdən əmək haqqından tutulma dayandırılmışdır. İcra sənədinin icra edilməsi istiqamətində çətinliklər yarandığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan ümumilikdə 9140 manat 36 qəpik və 111 manat 41 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs MMC-dən aldığı motosikl xarab çıxdığı üçün onunla yol-nəqliyyat hadisəsi törətmiş, qəza nəticəsində ayağı sınmış, səhhətində yaranmış uzun müddət yataq şəraitində qalmışdır. Daha sonra Zərərçəkmiş şəxs MMC-nin əməkdaşlarına verilən motosiklin xarab çıxması ilə bağlı gəlib baxmaqlarını tələb etmiş, lakin səlahiyyətli nümayəndələri gəlib baxmamışlar. Həmin dövr ərzində işdən çıxarılmış, 1 ilə yaxın işsiz qalmış, hazırda Dövlət Məşğulluq Agentliyinə müraciət edərək işlə təmin olunmasını xahiş etmişdir. Bundan başqa yeni işə düzəlmiş, ona sınaq müddəti kimi bir müddət işləməsi tələb olunmuş, lakin axtarışda olduğu üçün yenidən Göyçaya gəlmək məcburiyyətində qalmışdır. Borcunun müəyyən bir qismi əmək haqqısından tutulmuşdur. Qalan borcunu ona vaxt veriləcəyi halda işləyib hissə-hissə ödəyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, e-2(046)-1460/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 585 manat 60 qəpik ödənilməmiş hissə, 176 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1011 manat 20 qəpik ödənilməmiş hissə, 302 manat 40 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 72 manat ödənilməmiş hissə və 27 manat 60 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 822 manat 50 qəpik ödənilməmiş hissə, 245 manat 70 qəpik cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3100 manat ödənilməmiş hissə, 990 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 140 manat ödənilməmiş hissə və 42 manat cərimə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 470 manat ödənilməmiş hissə və 144 manat cərimə, xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə 320 manat 04 qəpik ödənilməmiş hissə, 94 manat 50 qəpik cərimə,xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 462 manat 02 qəpik ödənilməmiş hissə, 134 manat 40 qəpik cərimə olmaqla, ümumilikdə 9140 manat 36 qəpik və 111 manat 41 məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, e-2(046)-1460/2023 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borclu Şəxs işlə təmin olunamayacağı müddətdə borcundan tələbkarın xeyrinə ödəniş edə bilməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-11/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-11/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver