Məhkəmə qərarları › İş №3(046)-113/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-113/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-113/2023 24.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Göyçay Şərab ASC barəsində inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Göyçay Şərab ASC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixdə EP ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir ona görə ki, Göyçay Şərab ASC 10700.30 Avro məbləğində vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 10700.30 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göyçay Şərab ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək göstərmişdir ki, Şəxs ASC İspaniyanın “Alcoholes Y Vinos SA” şirkəti ilə avadanlıqların alınması ilə bağlı müqavilə bağlamış və xx.xx.2021-ci ildə onun hesabına avans olaraq 10700.30 avro pul vəsaiti köçürmüşdür. Lakin İspaniyanın “Alcoholes Yvinos S.A.” şirkəti avadanlıqların təchizatını gecikdirmiş, sonradan isə avadanlıqları texniki səbəblər üzündən təchiz edə bilməyəcəklərini və pul vəsaitlərini qısa müddətdə geri qaytaracaqlarını bildirmişdir. Dəfələrlə xəbərdarlıqlar edilmiş daha sonra İspanıyanın “Alcoholes Y Vinos SA” şirkəti onlara xx.xx.2022-ci ildə məktub göndərərək 10700.30 avro pul vəsaitini xx.xx.2022-ci ilə qədər geri qaytaracığını bildirmişdir. Amma İspanıyanın “Alcoholes Y Vinos SA” şirkəti vədinə əməl etməmiş və 10700.30 avro pul vəsaitini xx.xx.2022-ci ilə qədər geri qaytarmamışdır. Bunun əvəzində İspanıyanın “Alcoholes Y Vinos SA” şirkəti xx.xx.2022-ci ildə yeni məktub göndərərək 10700.30 avro pul vəsaitini xx.xx.2023-cü ilə qədər geri qaytaracağına söz vermişdir. xx.xx.2023-ci ildə “Alcoholes Y Vinos SA” şirkəti 10700.30 avro pul vəsaitinin geri qaytarılması barədə bank köçürməsi etmiş və xx.xx.2023-cü ildə pul vəsaiti PAŞA BANK ASC-də olan bank hesabına daxil olmuşdur. Göründüyü kimi, 10700.30 avro pul vəsaiti Şəxs ASC-nin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilmişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri- rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-i vasitəsilə İspaniyada yerləşən «Alcoholes Y Vinos S.A» şirkətinin ES ********************52 hesabına Şəxs ASC-i tərəfindən 10700.3 Avro məbləğində pul vəsaiti köçürülmüşdür. İnzibati xəta haqqında protokola əlavə edilmiş "Bank Respublika” ASC-i tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-ci il tarixli KB-83/2- 13/2023 saylı məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Şəxs ASC-i bank hesabından xx.xx.2021-ci il tarixdə ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər Bank Respublika ASC-yə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, 10700.3 AVRO vəsait «Alcoholes Y Vinos S.A» şirkəti tərəfindən Şəxs ASC-nin hesabına qaytarılmışdır. X1 X2 İnternet Vergi İdarəsi portalından çıxarışdan görünür ki, Göyçay Şərab ASC-nin qanuni təmsilçisi X3r. Göyçay Şərab ASC Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində qeydiyyatdadır. Təqdim edilmiş materiallardan görünür ki Göyçay Şərab ASC hüquqi şəxs hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, Göyçay Şərab ASC 10700.3 Avro bank hesabından xx.xx.2021-ci il tarixdə Respublikadan kənara avans yolu ilə köçürmüş, Ödənişin aparıldığı gündən 2 il keçməsinə baxmayaraq 10700.3 avro vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Göyçay Şərab ASC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 430.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Göyçay Şərab ASC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə Göyçay Şərab ASC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Göyçay Şərab ASC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub Q ə r a r v e r d i: Göyçay Şərab ASC-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 10700.3 avronun iyirmi faizi miqdarında 2140.06 avro məbləğində inzibati cərimə təyin edilsin. Təyin edilmiş 2140.06 avro məbləğində cərimə ödəniş gününə Azərbaycan manatı ilə hesablansın. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar