Məhkəmə qərarları › İş №3(046)-115/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-115/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-115/2024 12.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Göyçay rayonu, Yeniarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində daxili qaydalara əməl etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib olunmuş inzibati material, baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində daxili qaydalara əməl etməmiş, polis əməkdaşları ona günün nizam-intizam qaydalarını izah etməyə çalışmasına baxmayaraq o, “gedin işinizlə məşğul olun” deyərək ucadan səs-küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, Göyçay rayonu, Yeniarx kəndində yaşayır. Göyçay Rayon Məhkəməsinin qərarı ilə ona 01 ay müddətə inzibati həbs verilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanıldığı zaman orada olan polis əməkdaşlarının qanuni tələblərini qəsdən pozaraq X3 daxili qaydalarına uyğun hərəkətlər etməmiş, orada olan polis əməkdaşları ilə kobud danışmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində daxili qaydalara əməl etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:03-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində Göyçay rayon Polis Şöbəsinin polis serjantı, Ə.Allahverdiyevlə birlikdə X3 4-cü kamerasında xidmətdə olarkən İXM-nin 535.1ci maddəsi ilə saxlanılan Şəxs günün tələblərinə uyğun daxili qaydalara əməl etməmiş, polis əməkdaşları ona günün nizam-intizam qaydalarını izah etməyə çalışmasına baxmayaraq o, “gedin işinizlə məşğul olun” deyərək ucadan səs-küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətə inzibati həbs tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda - bir sıra hüquq normaları və digər sosial məqbul normalarla tənzimlənən, insanın cəmiyyətdə maneəsiz və münaqişəsiz fəaliyyətinə təminat verən mövcud ictimai münasibətlər sistemi deməkdir. İctimai qaydaya qanunla və digər sistemlərin normaları ilə tənzimlənən, habelə ilk növbədə ictimai yerlərdə formalaşan bütün ictimai münasibətlər daxildir. Müvəqqəti saxlama yeri ictimai yer hesab edildiyindən orada müəyyən olunmuş qaydaların pozulması ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının “Polis haqqında” Qanuna əsasən polisin əsas vəzifələrində biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində daxili qaydalara əməl etməyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətinin yüngülləşdirən halın olmadığını inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə,, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən saat 00:03-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar