Məhkəmə qərarları › İş №3(046)-116/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-116/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-116/2024 12.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X1, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, 2-ci Qarabağ Müharibəsi iştirakçısı, Göyçay rayonu Bəydövül kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Bəydövül kəndində yerləşən çayxanada ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə 18 radələrində Göyçay şəhərində yerləşən “Mega” marketin qarşısında onu nizam-intizama dəvət edən polis əməkdaşarlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Göyçay rayonu Bəydövül kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həmkəndlisi X2 işlətdiyi çayxanada həmkəndililəri ilə arasında mübahisə olmuşdur. Mübahisə zamanı ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə 18 radələrində Göyçay şəhərində yerləşən “Mega” marketin qarşısında olan zaman marketin əməkdaşı ona dayandığı yerdən getməsini bildirmiş, həmin şəxsə getməyəcəyini bildirmişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş, onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş, polis şöbəsinə getmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, Göyçay rayonu Bəydövül kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həmkəndlisi X2 işlətdiyi çayxanada digər həmkəndililəri ilə bilrikdə “domino” oyunu oynayarkən Şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edərək onlardan şikayət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 və X5 şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin PPXB-nin polis serjantı X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində digər polis əməkdaşı X6 ilə Göyça şəhərində 2 nömrəli piyada postunda xidmətdə olarkən Göyça şəhərində yerləşən “Mega” marketin qarşısında Şəxs marketin xanım işçilərə söz atdığını, iş rejimini pozduğunu görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin vaxt heç bir səbəd olmadan Şəxs nalayiq ifadələr işlətməyə başlamış, onu nizam-intizama dəvət edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X6 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:15-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 19:00-da həbsdən azad edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini,törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə, Şəxs inzibati qaydada 02 gün müddətinə tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs oğlunun 02 gün müddətinə inzibati qaydada tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin edilmiş 10 gün inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 08 gün müddətinə inzibati həbs tənbeh növü saxlanılsın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar