Məhkəmə qərarları › İş №3(046)-117/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-117/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-117/2023 07.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən,Göyçay rayon Məhkəməsinin hakimi X2, xx.xx.1990-cı ildə Göyçay rayonun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Göyçay rayonun Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 05 fevral 2023-cü il tarixdə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı istehlak etmişdir. İnzibati xəta hadisənin olması 07 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təxminən iki ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 05 fevral 2023-cü il tarixdə Çaxırlı kəndində ad günü məclisində iştirak edərkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 06 fevral 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Çaxırlı kəndində olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Fuad Hüseynov bildirdi ki, Göyçay rayonu Çaxırlıkənd sakini Şəxs rayon ərazisində baş vermiş xırda talamalarda və narkotik vasitədən qanunsuz istifadə etməsi barədə məlumat daxil olmuşdur.Daxil olmuş məlumata əsasən Şəxs 06 fevral 2023-cü ildə saat 21 radələrində Göyçay rayon Polis Şöbəsinə dəvət edilmiş,onunla profilaktiki-izahedici söhbətlər aparılarkən,o etiraf etmişdir ki, 05 fevral 2023-cü il tarixdə axşam saatlarında narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir.Bundan sonra o Mingəçevir şəhər rayonlararası narkoloji dispanserində müayinə olunması üçün göndərilmiş və 06 fevral 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən olunmuşdur ki,o narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 06 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki,Şəxs 06 fevral 2023-cü il saat 21.00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuananın təsiri altında olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə çəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 07 fevral 2023cü il tarixli 197 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş,narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına,habelə onların külli miqdarına görə narkotik vasitələr üzrə İ siyahıya görə 5 qramadək narkotik vasitə olan qurudulmuş marixuana-kannabis , 25 qramadək qurudulmayan marixuana-kannabis şəxsi istehlak miqdarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olması barədə xarakteri, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiqi inzibati tənbehin məqsədlərinə xidmət etmədiyindən,barəsində müəyyən müddətə inzibati həbs tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin.Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar