Məhkəmə qərarları › İş №3(046)-119/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-119/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-119/2025 25.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay şəhəri, Həbibi küçəsi, ev 28-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 22 fevral 2025-ci il tarixdə saat 10.10 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan «Mercedes Benz» minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay şəhəri, Nizami küçəsi ilə hərəkətdə olarkən ötmə qaydalarını pozaraq hərəkətini davam etdirib qarşıda hərəkət edən «Vaz 21074» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra zərbənin təsiri nəticəsində yolun kənarında dayanmış «Vaz 21074» minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək hər iki avtomobil sahibinə maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması 24 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında sahibliyində olan «Mercedes Benz» minik markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 22 fevral 2025-ci il tarixdə saat 10.10 radələrində Göyçay şəhəri, Nizami küçəsində hərəkətdə olarkən ötmə qaydasını pozaraq ondan qarşıda hərəkətdə olan «Vaz 21074» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin dönməsini görüb sürətini azaltmışdır. O həmin avtomobili vurmamaq məqsədi ilə yolun əks istiqamətinə doğru hərəkət etmişdir. Lakin hadisədən yayına bilməyərək həmin avtomobili qabaq sol yan hissəsindən vurmuş və zərbənin təsirindən yolun kənarında dayanmış «Vaz 21074» minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi işıq dirəyinə və həmin ərazidə yerləşən “yaşıl aptek” adlı aptekin daş divarına dəymişdir. Hadisə vaxtı maşında tək olmuşdur. «Vaz 21074» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə və «Vaz 21074» minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş ziyanın aradan qaldırılması barədə razılaşmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, «Vaz 21074» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 22 fevral 2025-ci il tarixdə saat 10.10 radələrində baş vermiş hadisə ilə əlaqədar ona dəymiş ziyanla bağlı razılaşmışlar, ona dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir, ona görə də onun Şəxs qarşı tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, «Vaz 21074» minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 22 fevral 2025-ci il tarixdə saat 10.10 radələrində baş vermiş hadisə ilə əlaqədar ona dəymiş ziyanla bağlı razılaşmışlar, ona dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir, ona görə də onun Şəxs qarşı tələbi yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışın surətindən görünür ki, «Mercedes Benz 190» minik markalı ** DC *** dövlət say nişanlı avtomobil X2 tərəfindən Şəxs etibar edilmiş, etibarnamə xx.xx.2024-cü ildə verilmiş, bitmə tarixi xx.xx.2025-ci ildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" MMC-nin direktoru Z.Məmmədov tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli arayışından görünür ki, «Vaz 21074» minik markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zamanı ümumilikdə 1093 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" MMC-nin direktoru A.Sadıqov tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli aktdan görünür ki, «Vaz 21074» minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə qəza zamanı ümumilikdə 4131 manat məbləğində maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə dəymiş zərərin aradan qaldırılması barədə razılaşmanın əldə edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar